Xeyriyyəçi soydaşlarımız Məlikan və Ərdəbil şəhərlərində onlarla məktəb tikdirir

2019-10-21 17:37

GünAz TV: Güney Azərbaycanın bütün bölgələrində dərs otaqları çatışmazlığı və məktəb binalarının təhlükəli vəziyyətdə olması təhsil sahəsində böyük problemə çevrilib.

 

Bu problem bəzi bölgələrdə qismən də olsa öz həllini tapmaqdadır. Bu, xeyriyyəçilik missiyası əsasında inşa edilən və edilməkdə olan yeni məktəblərin sayəsində mümkün olub.

 

Məlikan Şəhər İcra Hakimiyyəti başçısı Məhəmmədbaqir Xani yaxın zamanda 6 yeni məktəbin istifadəyə veriləcəyini bildirib.

O bu barədə Təhsil İdarəsi Şurasının oktyabrın 21-də keçirdiyi iclasda çıxış edib.

 

“Məlikanda xeyriyyəçilər tərəfindən tikdirilən 6 məktəb gələcək 2 ay ərzində istifadəyə veriləcək. 30 dərs otağından ibarət olan məktəb binalarına 40 milyard rialdan çox vəsait xərclənib.

Hal-hazırda Məlikan şəhərində 43 məktəb binası xeyriyyəçilər tərəfindən inşa edilməkdədir. Bu rəqəm ilin sonunadək 50-yə çatacaq.”- deyə o bildirib.

 

Şəhər İcra Hakimiyyəti başçısının sözlərinə görə, Məlikan xeyriyyəçilər tərəfindən inşa edilən məktəblərin sayı baxımından ölkə üzrə birinci yeri tutur.

 

Ərdəbil Əyaləti Məktəblərinin İnkişaf, Yenidənqurma və Təchizetmə İdarəsinin rəisi Dövlət Lütfi isə təmsil etdiyi Əyalətdə 15 yeni məktəbin tikilməkdə olduğunu bildirib.

O bu barədə Nir şəhərinin “Kor Abbaslı” kəndində xeyriyyəçi xanım Əhədi tərəfindən tikilməkdə olan məktəbə baxış keçirərkən danışıb.

 

“Xeyriyyəçilər bu sahəyə cəlb olunduqdan sonra Ərdəbil Əyalətində 393 məktəb binası tikilib. Bu məktəblərin hamısı Təhsil İdarəsinə təhvil verilib. Cari ildə əyalət üzrə 15 məktəb xeyriyyəçilərin vəsaiti hesabına tikilməkdədir, bu məktəblər 99 dərs otağına malikdir.”- deyə Dövlət Lütfi əlavə edib.

 

Son illərdə Azərbaycan əyalətlərində təhsil ocaqlarının əsas problemləri demək olar ki, bölgədə xeyriyyəçilik ənənəsini yaşadan soydaşlarımız tərəfindən çözülür. Yerli məsullar dəfələrlə açıqlama verərək sözügedən problemi aradan qaldırmaq üçün dövlət tərəfindən hər hansı büdcə vəsaiti gözləmədiklərini diqqətə çatdırıblar.

 

N.S

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

Həkimə Əhmədi və Yasmən Zəfəri Təbriz Cəza Məhkəməsinə çağrılıb

2020-11-29

gun az article

"Zahra Aslani" Qarabağın azadlığını dəstəklədiyinə görə təqib və təhdid edilir

2020-11-29

gun az article

Əfqanistanda Ustad Şəhriyarın əsəri nəşr olunub

2020-11-29

gun az article

Güney Azərbaycanda itkin düşən alpinistlər qurtarılıb

2020-11-29

gun az article

Facebook vasitəsilə Günaz TV-yə yardım göndərmək üsulu

2020-11-28

gun az article

GünazTV Nov.28.2020: Paylaşım programı 3-cü Bölüm

2020-11-28

gun az article

Tikantəpənin "Qalabulağı" təpəsi milli irs siyahısına salınıb

2020-11-28

gun az article

Ərdəbil əyalətində koronavirusdan ölənlərin sayında yeni rekord göstərici qeydə alınıb

2020-11-28

gun az article

Qərbi Azərbaycan əyalətində 3 alpinist itkin düşüb

2020-11-28

gun az article

Rza Diqqəti Ağdam məscidinin qarşısında 28 il əvvəl çəkdiyi ağrı- acılı fotonu paylaşıb- FOTO

2020-11-28

gun az article

Həmədan əyalətində koronovirus qurbanlarının sayı artıb

2020-11-28

gun az article

Tikab rayonuna yeni icra başçısı təyin edilib

2020-11-28

gun az article

Əhər-Təbriz yolunda 8 ölü və yaralı

2020-11-28

gun az article

Şərqi Azərbaycanın 9 şəhərində güclü qar və çovğun

2020-11-28

gun az article

GünazTV Nov.20.2020: Qarabağ Savaşı və Bütöv Azərbaycan Ülküsünün Dirçəlişi

2020-11-28

gun az article

GünazTV Nov.27.2020-Azadlıq səsi: Güney Azərbaycan hazır olmalıdır.

2020-11-28

gun az article

“Amnesty International Türkiyə” Abbas Lisaninin sərbəst buraxılması üçün imza kampaniyası başladıb.

2020-11-27

gun az article

GünazTV Nov.27.2020 : 27 illik Kəlbəcər həsrətindən sonra Azərbaycan ordusu qədim Kəlbəcərdə möhkəmləndirmə işləri aparır

2020-11-27

gun az article

Qarabağın azadlığına dəstək verən "Səid Sultani və Babək Kiyumərsi" nin həbsindən 55 gün keçdi.

2020-11-27

gun az article

Güney Azərbaycanın Süngün mədəninin işçiləri mühacir kürdlərlə əvəz edilir

2020-11-27