Xosrovşahda “Qarabağ” komandasının Rəməzan kubokuna qatılmasına icazə verilməyib

Xosrovşahda “Qarabağ” komandasının Rəməzan kubokuna qatılmasına icazə verilməyib

GünAz TV: Şərqi Azərbaycanın Xosrovşah şəhərində “Qarabağ” komandası adı ilə Rəməzan kubokuna qatılmaq istəyən soydaşlarımıza icazə verilməyib.

 

Məlumata görə, Xosrovşahın Nocədə (Nüvədi) kəndində bir qrup gənc “Qarabağ” adı ilə futbol komandası yaradaraq təşkil olunan Rəməzan kubokuna qatılmaq istəyiblər, lakin Xosrovşahın hökumət rəsmiləri buna imkan verməyib.

 

Bəzi məlumatlara görə, Şəhər Şurasının üzvləri yarışlarda “Qarabağ” adının hallanmasına qarşı çıxıb.

 

Buna etiraz olaraq komanda üzvləri yarışların keçirildiyi stadionun qarşısına toplaşaraq “Qarabağ” banneri nümayiş etdirib, şəkillərini sosial şəbəkələrdə yayıblar. Bannerin üzərində “Qarabağ bizimdir, bizim olacaq” şüarı yazılıb.

 

İranda Azərbaycanın milli mənafeyinə xidmət edən bütün mədəni fəaliyyətlər qadağandır. Bu o halda baş verir ki, ermənilər hər il “24 aprel”də uydurma erməni soyqırımı bəhanəsi ilə Tehranda Türkiyə əleyhinə izdihamlı yığıncaqlar təşkil edir, türklərin əleyhinə müxtəlif şüarlar səsləndirirlər.

 

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN