Yarımçıq buraxılan layihələrdə işlər bərpa olunmalıdır - Qərbi Azərbaycan valisinin müavini

Yarımçıq buraxılan layihələrdə işlər bərpa olunmalıdır - Qərbi Azərbaycan valisinin müavini

GünAz TV: Qərbi Azərbaycan valisinin abadlaşdırma işləri üzrə müavini təmsil etdiyi əyalətdə yarımçıq buraxılan layihələrdə işlərin bərpa olunmasının vacibliyindən danışıb.

 

Bu barədə Aydın Rəhmani Rzayi, əyalət üzrə Texniki Şuranın Salmasda keçirdiyi iclasda çıxış edib.

 

“Qərbi Azərbaycanda müxtəlif sahələrdə çox sayda layihə yarımçıq buraxılıb. Layihələrdə işlərin bərpası ilə bağlı hər hansı qərar da yoxdur. Hesab eliyirəm ki, şuranın Katibliyi yarımçıq qalan layihələrdə işlərin bərpa edilməsi istiqamətində xüsusi cəhd göstərə bilər.

Bu layihələrə çoxlu dövlət vəsaiti yatırılıb. Onlar istifadəyə verilməsə, həmin vəsait hədərə gedəcək.”- deyə o bildirib.

 

Aydın Rəhmani Rzayi ölkəyə tətbiq olunan iqtisadi sanksiyalar və bazarda qiymətlərin sürətlə dəyişməsinin layihələrin icrasına təsir etdiyini bildirərək projelərə düzgün nəzarət etməyin əhəmmiyətinə də toxunub. O təkidlə vurğulayıb ki, bütün layihələrə yerli nəzarətçilər təyin olunmalıdır.

 

“Mövcud imkanlardan istifadə edərək yarımçıq buraxılan layihələrdə işləri bərpa etməliyik. Əks halda bunun bir çox iqtisadi və ictimai ziyanları olacaq. Layihələrin bu şəkildə buraxılması məsullara olan ictimai etimadın itirilməsinə yol açır.”- deyə vali müavini sözlərinin sonunda vurğulayıb.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN