Yerli məsullar Tehranda Türkiyəyə qarşı ermənilərin icazəli yığıncağının ləğv olunmasını tələb edən kampaniyaya qoşulur

Yerli məsullar Tehranda Türkiyəyə qarşı ermənilərin icazəli yığıncağının ləğv olunmasını tələb edən kampaniyaya qoşulur

GünAz TV: Xəbər verdiyimiz kimi, ermənilərin aprelin 24-də Türkiyə əleyhinə planlaşdırdığı yığıncaq azərbaycanlı fəalları hərəkətə gətirib.

 

Fəallar bu məqsədlə imzatoplama kampaniyası keçirərək planlaşdırılan yığıncağın icazəsinin ləğv olunmasını tələb edir və hər kəsi https://t.me/imzakampanyasi adresinə müraciət edərək kampaniyaya qoşulmağa çağırır.

 

Aprelin 3-də başlayan kampaniyaya artıq minlərlə internet istifadəçisi qoşulub, onların sayı anbəan artır.

 

Məlumata görə, kampaniyaya dəstək verənlər arasında yerli rəsmi şəxslər də var. Onlardan biri ötən il də həmin yığıncağa etiraz bildirən Urmiyənin İran parlamentindəki millət vəkili Nadir Qazipurdur. Azərbaycanlı deputat kampaniyaya qoşulmaqla ermənilərin türklərə qarşı yönələn tədbirinə rəsmən etiraz bildirib.

 

Nadir Qazipur

 

 

 

Azərbaycanlıların kampaniyasına dəstək verən rəsmilərdən biri də Urmiyə Şəhər Şurasının üzvü Dr. Murtaza Piridir. Məlumata görə, Nadir Qazipur və Murtaza Piri hər ikisi də həqiqi adları ilə imzatoplama kampaniyasına qoşulub.

 

Murtaza Piri

 

 

 

1915-ci il hadisələrini sözdə soyqırım kimi qəbul edən ermənilər hər il aprelin 24-də Türkiyənin Tehrandakı səfirliyi qarşısında geniş etiraz aksiyası keçirir. Qondarma soyqırım bəhanəsi ilə “Türkiyəyə ölüm”, “türkə ölüm” və s. kimi şüarlar səsləndirən ermənilər İranın rəsmi icazəsi ilə türklərə qarşı belə bir hərəkətə əl atır. Bu o halda baş verir ki, İran  rejimi azərbaycanlılara Dağlıq Qarabağla bağlı hər hansı tədbir keçirməyə heç bir şəkildə icazə vermir.

 

Ermənistan ordususunun Dağlıq Qarabağdakı cinayətləri, erməni daşnakları və ciloların ötən əsrin əvvəllərində Urmiyə, Xoy və Salmasda törətdikləri faciə hələ acı xatirə kimi yaddaşlarda yaşadığı bir vaxtda ermənilərin islam hökuməti bayrağı altında türklərə qarşı aksiya keçirməsi şübhəsiz ki, güney azərbaycanlıların kəskin etirazına səbəb olur. Lakin etirazlara baxmayaraq İran rejimi ermənilərin “24 aprel”-də Türkiyə əleyhinə yığıncaq keçirməsinə icazə verməkdə israrlıdır.

 

Bundan əvvəl məşhur iranlı politoloq Sadiq Zibakəlam “Qanun” qəzetində yazdığı məqalədə ermənilərin Türkiyə səfirliyi qarşısında keçirdiyi aksiyaya toxunmuşdur.

 

“Tehranda keçirilən yığıncaq ermənilərə yardım və ya humanist mülahizələrə görə deyil. Bu, Tehranla Ankaranın arasında mövcud olan kin və nifrətlə bağlıdır”- deyə politoloq qeyd etmişdir.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN