Zəhra Nəvidpurla “Sepah” komandanı Rəhmətinin telefon danışığı – Səs Faylı

Zəhra Nəvidpurla “Sepah” komandanı Rəhmətinin telefon danışığı – Səs Faylı

GünAz TV: Məlikanın sözdə millət vəkili Salman Xudadadinin cinsi təcavüzünə məruz qalan və son günlərdə müəmmalı şəkildə ölən Zəhra Nəvidpurla Məlikan “Sepah”ının komandanı Rəhməti arasında telefon danışığı olub, həmin danışığı aşağıdakı Səs Fayllarından dinləyə bilərsiniz.

 

Zəhra Nəvidpurun cansız bədəni yanvarın 6-da anasının evində tapılıb. 28 yaşlı qızın ölümü xəstəxanaya çatdırıldıqdan sonra həkimlər tərəfindən təsdiqlənib.

 

Zəhra Nəvidpur 4 il ərzində sözdə millət vəkili Salman Xudadadinin cinsi təcavüzünə məruz qalıb. O bununla bağlı bir çox rəsmi orqan, o cümlədən məhkəməyə müraciət edib. Lakin millət vəkilinin tapşırığı ilə onun şikayətinə doğru-düzgün baxılmayıb və məhkəmə prosesi heç bir nəticə verməyib. O davamlı olaraq millət vəkili və onun əlaltıları tərəfindən təhdid edilib.

 

Zəhra Nəvidpurun təcavüz faktını ifşa etdiyi video 2018-ci il noyabrın 19-da Güney Azərbaycan Televiziyasının “165 dəqiqə” proqramında yayımlanıb.

 

https://www.youtube.com/watch?time_continue=20&v=Brf2Tf9r29s

 

https://www.youtube.com/watch?time_continue=4&v=iQ2zWetvpDw

 

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN