Zəhra Nəvidpurun dosyesi ilə bağlı Salman Xudadadi haqda məhkəmə hökmü çıxarılıb

Zəhra Nəvidpurun dosyesi ilə bağlı Salman Xudadadi haqda məhkəmə hökmü çıxarılıb

GünAz TV: Məhkəmə Zəhra Nəvidpurun dosyesi ilə əlaqədar Məlikanın İran parlamentindəki millət vəkili Hacı Salman Xudadadi barəsində hökm çıxarıb.

 

Tehran Cəza Məhkəməsinin 5-ci Şöbəsi millət vəkilinə  qadına təcavüz ittihamı bağlı bəraət verib, lakin onu qeyri-məşru cinsi əlaqədə olmaqda günahlandıraraq barəsində 2 il işindən uzaqlaşdırma, 2 il sürgün və 99 şallaq zərbəsi hökmü çıxarıb.

 

Məhkəmə hökmü qəti deyil, bu barədə Aspelyasiya Məhkəməsinə etiraz edilə bilər.

 

Məhkəmə o halda Salman Xudadadi barəsində cinsi təcavüzlə bağlı bəraət hökmü çıxarıb ki, Zəhra Nəvidpur həyatdaykən 4 il müddətinə cinsi təcavüzə məruz qaldığına dair məhkəmə orqanları, insan hüquqları təşkilatları və kütləvi informasiya vasitələrinə bir çox sənədlər təqdim edib.

 

Məlikanın vaxtı ilə “Sepah” üzvü olan millət vəkili və onun əlaltıları cinsi təcavüzə məruz qalan Zəhra Nəvidpuru dəfələrlə qətlə yetirməklə təhdid edib. Zəhra Nəvidpur qətlindən əvvəl bu barədə çoxlu sənədlər ifşa etmişdir.

 

28 yaşlı Zəhra Nəvidpurun cansız bədəni yanvarın 6-da anasının evində tapılıb. Onun şübhəli ölümü Güney Azərbaycanda bir çox etirazlara səbəb oldu. Bununla bağlı Salman Xudadadi barəsində bir çox məsələni ifşa edən material 2018-ci il noyabrın 19-da GünAz TV-nin “165” verilişində yayımlanıb.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN