Zəlzələ bölgəsində soyuq hava şəraiti hökm sürür, əhali gecələməyə yer tapmır - Şərqi Azərbaycanda

2019-11-19 11:55

GünAz TV: Noyabrın 8-də Şərqi Azərbaycanda baş verən zəlzələ bölgəsində təbii fəlakətdən zərərçəkənlər olduqca ağır vəziyyətdə yaşayır.

 

Bir neçə gündür soyuq hava şəraitinin hökm sürdüyü zəlzələ bölgəsinə dünən güclü qar yağıb. Bu vəziyyət çadırlarda gecələyən ailələr, xüsusi ilə uşaqlar üçün böyük problem yaradıb, bir çox insan ağır xəstələnib. Hətta güclü qar və şaxtalı hava səbəbindən bu gün zəlzələ bölgəsi ilə yanaşı Güney Azərbaycanın bir neçə əyalətinin müxtəlif məntəqələrində məktəblər üçün tətil elan olunub.

 

Zəlzələdən zərərçəkənlərin əksəriyyəti kənd əhalisi olduğundan onların əsas işi heyvandarlıqdan ibarət olub. Çox sayda ailənin dolanışığını təmin edən mal-qara soyuq hava şəraitindən tələf olur. Onları soyuqdan qorumaq üçün heç bir şərait yoxdur.

 

Sarab Şəhər İcra Hakimiyyətinin başçısı noyabrın 18-də verdiyi açıqlamada təbii fəlakət bölgəsində təcili olaraq 120 kaneksə (dəmirdən hazırlanan sığınacaq evlər) ehtiyac olduğunu bildirib. İrəc Səqəfi vurğulayıb ki, hal-hazırda dağıntıları təmizləmə əməliyyatından daha vacib məsələ insanları kanekslərə yerləşdirməkdir.

 

Şəhər İcra Hakimiyyəti başçısının sözlərindən məlum olub ki, bölgədə dağıntıların təmizləmə əməliyyatı da çox ləng gedir.

 

İrəc Səqəfi həmçinin vurğulayıb ki, çox sayda ailənin ev kiralamaq üçün kreditə ehtiyacı var. Təxminən 800 ailə 10 milyon tümən məbləğində kredit almaq üçün müraciət edib. Hələlik 100 nəfərə kredit verilib, lakin banklara bu insanların tələbini təmin etməklə bağlı tövsiyyələr verilib.

 

Bu arada Güney Azərbaycanın Əcəbşer şəhərinin əhalisi Miyana və Sarabın zəlzələ bölgəsinə yardım göndərib. Yardımlar əsasən qızınmaq vasitələri, mineral su, konserv və digər ərzaq məhsullarından ibarət olub.

 

Qeyd edək ki, 8 noyabrda Şərqi Azərbaycan Əyalətinin Miyana məntəqəsinin Tərk şəhəri ətrafında yerli vaxtla saat 02:17-də təxminən 6 bal gücündə zəlzələ baş verib. Hadisə nəticəsində Miyana və Sarab məntəqələrində bir çox kənddə evlər dağılıb. Çox sayda ölən və xəsarət alanlar olub. Lakin deyilənlərə görə, hökumət təbii fəlakətdə ölənlərin sayını gizlədir. Hazırda zəlzələ bölgəsində ağır vəziyyət hökm sürür, soyuq hava şəraiti vəziyyəti daha da ağırlaşdırıb. Bölgədə ərzaq məhsulları, qızınmaq vasitələri, tibbi ləvazimat və digər yardımlara təcili ehtiyac var. Dövlətin etdiyi yardım olduqca yetərsizdir, insanların zəruri ehtiyaclarını ödəmir. Zəlzələ bölgəsinə ən çox yardım göstərən yenə də Güney Azərbaycan əhalisidir.

 

N.S

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

Qərbi Azərbaycanda koronavirus qurbanlarının sayı 590 nəfərə çatıb

2020-07-14

gun az article

Şərqi Azərbaycanda təqaüdçülərin 57%-i alıcılıq qabiliyyətini itirib

2020-07-14

gun az article

Şərqi Azərbaycanda 760 kənd içməli sudan məhrumdur

2020-07-14

gun az article

GünazTV June.13.2020: PARLAQ GƏLƏCƏK: İran rejimində zorla etiraf almaq və işgəncər, Çin və İran rejimi arasındakı anlaşmasına baxiş

2020-07-14

gun az article

Sel Güney Azərbaycanın müxtəlif bölgələrində fəsadlar yaradıb + VİDEO/FOTO

2020-07-13

gun az article

Güney azərbaycanlı deputatdan Azərbaycana dəstək: "Ermənistan təcavüzkardır"

2020-07-13

gun az article

Firdovsi şeirlərinin irqçi məzmununu tənqid edən azərbaycanlı jurnalist həbs edilib

2020-07-13

gun az article

Güney Azərbaycanda dəm qazı 2 ayda 31 nəfərin ölümünə səbəb olub

2020-07-13

gun az article

Güney Azərbaycanın müxtəlif əyalətlərində koronavirus pandemiyası ilə bağlı yeni rəqəmlər açıqlanıb

2020-07-13

gun az article

Təbriz Şəhər Şurasının daha bir üzvü koronavirusa yoluxub

2020-07-13

gun az article

Sürgündə olan milli fəal Siyamək Mirzayi vətənə qayıdır

2020-07-13

gun az article

Ərdəbilin keçmiş deputatı Abbas Lisaniyə qarşı çıxarılan ədalətsiz hökmü pisləyib

2020-07-13

gun az article

Siyasi fəal Fəramərz Bəxtiyar Abbas Lisaniyə qarşı çıxarılan ədalətsiz hökmü pisləyib – VİDEO

2020-07-12

gun az article

Qərbi Azərbaycan əyalətində koronavirus qurbanlarının sayı 570 nəfəri ötüb

2020-07-12

gun az article

Urmiyanın millət vəkili məktəb və universitetlərdə türk dilinin tədris olunmasını tələb edib

2020-07-12

gun az article

Mişo dağlarında baş verən yanğın söndürülüb

2020-07-12

gun az article

Siyasi fəal Kave Şirzad tanınmış milli fəalın azadlığa buraxılmasını tələb edib – VİDEO

2020-07-12

gun az article

İnsan hüquqları fəallarının Abbas Lisaniyə qarşı çıxarılan ədalətsiz hökmə etirazları davam edir – VİDEO

2020-07-12

gun az article

Türkmən insan hüquqları kampaniyası fəalı Abbas Lisaniyə qarşı çıxarılan ədalətsiz hökmü pisləyib - VİDEO

2020-07-11

gun az article

Şərqi Azərbaycanda koronavirus səbəbilə bütün idman mərkəzlərinin fəaliyyəti 1 həftəlik dayandırılıb

2020-07-11