Zəlzələdən zərərçəkənlər ağır vəziyyətdə yaşayır – Şərqi Azərbaycanda – VİDEO

Zəlzələdən zərərçəkənlər ağır vəziyyətdə yaşayır – Şərqi Azərbaycanda – VİDEO

GünAz TV: İran rejimi ölkədə 8 gün müddətinə interneti kəsdiyi üçün Şərqi Azərbaycanın Miyana və Sarab bölgəsində zəlzələdən zərərçəkənlərin vəziyyəti də diqqətdən kənarda qalıb.

 

Məlumata görə, hal-hazırda təbii fəlakət bölgəsində şaxtalı hava şəraiti hökm sürür, zəlzələdən zərərçəkənlər soyuq çadırlarda minimum imkanlarla gecələməli olur.

 

Rejimin benzinin bahalaşması ilə ölkədə başlayan etiraz aksiyaları və təhlükəsizlik qüvvələrinin cinayətlərini dünya ictimaiyyətindən gizlətmək məqsədi ilə interneti kəsməsi zəlzələdən zərərçəkənlər üçün əlavə problemə çevrildi. Güney Azərbaycan mediası bir həftədən çox onların vəziyyəti ilə bağlı xəbərləri işıqlandıra bilmədi.

 

İnternet bağlantısı bərpa olunduqdan sonra Vərənkeş kəndində zəlzələdən zərərçəkənlərinin vəziyyətini əks etdirən video yayılıb. Soyuq çadırlarda gecələyən insanların bir çox yardıma ehtiyacı var, onlar dövlət tərəfindən Allahın ümidinə buraxılıb.

 

https://www.youtube.com/watch?time_continue=13&v=9Jpu784NIMY&feature=emb_logo

 

Bundan əlavə, zəlzələ bölgəsində təxrib olan evlərin böyük əksəriyyətində dağıntıların təmizlənməsi əməliyyatına hələ başlanılmayıb.

 

Dünya təcrübəsinə görə, zəlzələdən zərərçəkənlərə 6 ay müddətinə, həm də sistemli şəkildə yardım edilməlidir. Ona görə ki, təbii fəlakətdən zərərçəkənlər zəlzələyə davamlı evlərdə məskunlaşmayana qədər onların müxtəlif yardımlara ehtiyacı olur. İran  rejimi bu öhdəliyini yerinə yetirmir.

Xatırladaq ki, Şərqi Azərbaycan əyalətində noyabrın 8-də təxminən 6 bal gücündə zəlzələ baş verib.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN