Zəncan Əyaləti “Abfar” Şirkətinin keçmiş icraçı direktoru saxlanılıb

Zəncan Əyaləti “Abfar” Şirkətinin keçmiş icraçı direktoru saxlanılıb

GünAz TV: Zəncan Əyaləti “Abfar” Şirkətinin (Kəndlərin Su və Kanalizasiya Şirkəti) keçmiş icraçı direktoru şirkətlə əlaqədar çalışan bir neçə podratçı ilə birlikdə saxlanılıb.

 

R.K adı ilə təqdim olunan şirkət rəsmisi maliyyə pozuntuları ilə əlaqədar Ettelaat əməkdaşları tərəfindən tutulub.

 

Mediada yayılan məlumata görə, hələlik “Abfar” Şirkətində yol verilən maliyyə pozuntularının təfərrüatı aydın deyil, araşdırmalardan sonra bu barədə ictimaiyyətə məlumat veriləcək.

 

Korrupsiya, maliyyə pozuntuları və rüşvətxorluq İran hökumətinin bütün orqanlarını bürüyüb. “Beynəlxalq Şəffaflıq” Təşkilatının 2018-ci ildə açıqladığı hesabata əsasən İran dünya üzrə korrupsiya səviyyəsinin ən yüksək olduğu dövlətlər sırasındadır.

 

Ötən həftə Parlamentin Mədənlər və Sənaye Komissiyasının üzvləri, Zəncanın millət vəkili Fridun Əhmədi və Əbhərin millət vəkili Məhəmməd Əzizi “İran Xodro” Şirkətində aşkarlanan maliyyə pozuntuları ilə əlaqədar yaxalanıb, onlar bir neçə gün saxlandıqdan sonra 10 milyard tümənlik mülki vəsiqə qarşılığında sərbəst buraxılıb. Millət vəkillərinin “valyuta bazarında pozuculuq yaratmaq” ittihamı ilə saxlandığı bildirilmişdir.

 

N.S

 


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN