Zəncan Əyaləti: Əbhərdə güclü yağıntılar 150 evin dağılmasına səbəb olub

Zəncan Əyaləti: Əbhərdə güclü yağıntılar 150 evin dağılmasına səbəb olub

GünAz TV: Güney Azərbaycanda güclü yağıntılar və selə məruz qalan bölgələrdən biri də Zəncan Əyalətinin Əbhər məntəqəsidir.

 

Əbhər Şəhər İcra Hakimiyyətinin başçısı Əli Heydərinin “İsna” xəbər agentliyinə verdiyi məlumata görə, güclü və aramsız yağışlar bölgədə bir çox fəsadlar törədib.

 

“Son yağıntılardan sonra Əbhərin iki kəndinin yolu bağlanıb. Çeşin və Davudgər kəndlərinin yollarında da gediş-gəliş dayanıb, lakin bu yollar hazırda açılmaq üzrədir”- deyə o bildirib.

 

Əli Heydəri güclü yağıntıların fərdi yaşayış evlərinə ciddi ziyan vurduğunu da qeyd edib. O bildirib ki, son yağıntılar Əbhər kəndlərində 150 evin dağılmasına səbəb olub.

 

Şəhər İcra Hakimiyyəti başçısının sözlərinə görə, Əbhər məntəqəsində son 3 gün ərzində yağan yağışların miqdarı 70 mm-dən ibarət olub.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN