Zəncan Əyalətində 3 nəfərlik ailənin qətlə yetirilməsi işinə ən qısa zamanda baxılacaq – Prokuror

Zəncan Əyalətində 3 nəfərlik ailənin qətlə yetirilməsi işinə ən qısa zamanda baxılacaq – Prokuror

GünAz TV: Bir müddət əvvəl Zəncan Əyalətinin Xudabəndə şəhərində 3 nəfərlik bir ailənin faciəvi şəkildə qətlə yetirilməsi bölgə əhalisinin narahatlığına səbəb olub.

 

“Fars” xəbər agentliyinin yaydığı məlumata görə, Zəncan Əyaləti Ədliyyə İdarəsinin rəisi Sadiqi Niyarəki bu məsələyə toxunaraq əməliyyat tədbirləri nəticəsində bir nəfərin şübhəli şəxs qismində saxlandığını, onun ən qısa zamanda məhkəmə qarşısına çıxarılacağını bildirib.

 

Onun sözlərinə görə, artıq iddianamə prokuror tərəfindən hazırlanıb və Zəncan Əyaləti Cəza Məhkəməsinin 1-ci şöbəsinə göndərilib.

 

Sadiqi Niyarəki vurğulayıb ki, baş verən cinayətə xüsusu həssaslıq olduğu üçün bu barədə dosyeyə baxan məhkəmə şöbəsinə tapşırıq verilib, məhkəmə prosesi ən qısa zamanda başlayacaq.

 

Zəncan Əyaləti Ədliyyə İdarəsinin rəisi şübhəli şəxs qismində saxlanılan şəxsin bundan əvvəl də cinayət törətdiyini, həmçinin onun narkoman olduğunu diqqətə çatdırıb. O bildirib ki, qətlə yetirilən şəxslərin baş nahiyyəsinə bıçaq zərbələri endirilib, cinayət törədən şəxs narkotik maddələrinin təsiri altında olub.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN