Zəncanda əhali işlətdiyi suyun pulunu ödəyə bilmir

Zəncanda əhali işlətdiyi suyun pulunu ödəyə bilmir

GünAz TV: Güney Azərbaycanda iqtisadi tənəzzül prosesi gün keçdikcə dərinləşir, artıq əhali işlətdiyi işıq  və suyun pulunu belə ödəmək iqtidarında deyil.

 

Zəncan Əyaləti Su və Kanalizasiya Şirkətinin abonentlərin işləri üzrə rəis müavini Zəncanda toplam olaraq təxminən 15 milyard tümən su pulunun ödənilmədiyini bildirib.

 

Bu barədə Səid Şərifi “İsna” xəbər agentliyinin müxbirinə danışıb.

“Cari ilin birinci 6 ayında abonentlərin şirkətə ödəmədiyi su pulunun məbləği təxminən 15 milyard tüməndir. Bu məbləğdən 5 milyard tüməni yaşayış evlərinə, 9 milyard tüməndən çoxu isə müxtəlif obyektlərə aiddir. Ödəniləcək məbləğdən 2.5 milayrd tüməni Kəndlər üzrə Su və Kanalizasiya Şirkətinə məxsusdur.”- deyə o bildirib.

 

Səid Şərifi ilin birinci 6 ayında müxtəlif dövlət orqanlarının təxminən 2 milyard tümən, silahlı qüvvələr və hüquq mühafizə orqanlarının isə 3 milyard tümən Su və Kanalizasiya Şirkətinə borclu olduqlarını bildirib.

 

“Abonentlərin şirkətə borcu bu ilin birinci yarısında ötən ilin müvafiq dövrü ilə müqayisədə 30 faiz artıb. Su pulunun ödənilməməsi bir çox problemə səbəb olur. Həmin vəsaitlə yeni infrastruktur layihələrini həyata keçirmək olardı, lakin vəsait çatışmazlığından nəzərdə tutulan layihələrin icrası mümkün olmur.”- deyə Su və Kanalizasiya Şirkətinin rəsmisi əlavə edib.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN