Zəncanda türkcə iki dərslik kitabının təqdimat mərasimi keçirilib – VİDEO

Zəncanda türkcə iki dərslik kitabının təqdimat mərasimi keçirilib – VİDEO

GünAz TV: Güney Azərbaycanın Zəncan şəhərində “Azərbaycan Ədəbiyyatı” və “Azərbaycan türkcəsi” kitablarının təqdimat mərasimi keçirilib.

 

Təqdimat mərasimi “İşraq Ədəbi Dərnəyi” tərəfindən Zəncanın İmam Mədəniyyət Evində keçirilib, mərasimdə türk ədəbiyyatını sevən çox sayda soydaşımız iştirak edib.

 

“Azərbaycan Ədəbiyyatı” kitabı tikantəpəli yazıçılar Röya Əhmədi və Əbuzər Cəfəri, “Azərbaycan türkcəsi” kitabı isə zəncanlı yazıçı Əli Məhəmmədbəyani tərəfindən qələmə alınıb.

 

“İşraq Ədəbi Dərnəyi” bir neçə ildir ki, türk dili və ədəbiyyatı üzrə müxtəlif kurslar təşkil edir, kurslar Zəncanın İmam Mədəniyyət Evində keçirilir.

 

Video:

https://www.youtube.com/watch?v=yIOZfUIA-0g

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN