Zəncanda yerli məsullardan 3-ü saxlanılıb – araşdırma aparılır

Zəncanda yerli məsullardan 3-ü saxlanılıb – araşdırma aparılır

GünAz TV: Güney Azərbaycanın Zəncan şəhərində yerli məsullardan 3-ü saxlanılıb.

 

Zəncanın bələdiyyə başçısı, Zəncan 3-cü məhəllə bələdiyyə başçısı və Şəhər Şurasının rəis müavini iki gün öncə təhlükəsizlik qüvvələr tərəfindən yaxalanıb.

 

Hələlik onların hansı səbəbdən saxlandığı açıqlanmayıb, lakin maliyyə pozuntuları ilə əlaqədar saxlandıqları ehtimal olunur.

 

Zəncan Əyaləti Ədliyyə İdarəsinin rəisi İsmayıl Sadiqi Niyarəki faktla bağlı araşdırmaya başlanıldığını bildirib. O qeyd edib ki, onların ittihamları barədə danışmaq hələlik çox tezdir.

 

Zəncan Əyaləti üzrə şəhər işləri və şuraların rəisi Əli Mahmudi də oxşar açıqlama ilə çıxış edib. O bildirib ki, məhkəmə hansısa şura üzvünün əleyhinə qərar çıxararsa, həmin üzv şuradan çıxarılır. Lakin hələlik saxlanılan şura üzvü və bələdiyyə başçısının dosyesi ilə bağlı hər hansı məlumat yoxdur.

 

Qeyd edək ki, İranda bələdiyyə başçısı Şəhər Şurası tərəfindən təyin olunur, bu iki orqan bir-biri ilə əlaqədar şəkildə fəaliyyət göstərir. Həmin orqanlarda yeyinti və rüşvətxorluq faktlarına Güney Azərbaycanın Təbriz, Marağa, Mərənd, Parsabad və Həmədan şəhərlərində də rast gəlinib.

“Beynəlxalq Şəffaflıq” Təşkilatının 2018-ci ildə açıqladığı hesabata əsasən İran dünya üzrə korrupsiya səviyyəsinin ən yüksək olduğu dövlətlər sırasındadır.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN