Zəncanda yoxsulluqdan orqanlarını satan insanların sayı artıb

Zəncanda yoxsulluqdan orqanlarını satan insanların sayı artıb

GünAz TV: Güney Azərbaycanın Zəncan şəhərində yoxsulluq ucbatından böyrəyini satan soydaşlarımızın sayı getdikcə artır.

 

Zəncan Əyaləti Böyrək Xəstələri Dərnəyinin eksperti Gülzar Babaxani bildirib ki, əyalətdə məişət problemlərini həll etmək məqsədi ilə böyrəyini satan insanların sayı artıb.

 

“Ötən illərdə Zəncan əyalətində böyrəyini satan şəxslərə çox az rast gəlinirdi. Lakin son vaxtlar müxtəlif problemlərdən dolayı belə faktlar tez-tez qeydə alınır. Hər gün orta hesabla 6 nəfər böyrəyini bağışlamaq, daha doğrusu orqanının satmaq üçün müraciət edir. Onların arasında yaşları kiçik olan insanlar da var”- deyə o bildirib.

 

Ekspertin sözlərinə görə, “orqanını satmaq istəyən insanların əksəriyyəti iqtisadi problemlərini həll edə bilməyən yoxsul təbəqənin nümayəndələri və sadə fəhlələrdən ibarətdir.”

 

“Ailə üzvlərində xəstəlik, işsizlik və borc kimi maliyyə problemləri, Zəncan Əyalətində insanları böyrəyini satmağa məcbur edən əsas amillərdir”- deyə Gülzar Babaxani əlavə edib.

 

Yoxsulluq problemi Güney Azərbaycanın bütün məntəqələrində hökm sürdüyü üçün oxşar vəziyyət Azərbaycanın əksər şəhər və kəndlərində yaşanır.

 

Zəncan Əyaləti İran rejiminin ayrı-seçkilik siyasəti nəticəsində ağır iqtisadi tənəzzülə uğramaqla yanaşı rejimin asimilasyon siyasətinin də hədəfindədir.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN