19 yaşlı gənc Təbrizdə El-Gölü hovuzunda intihar edib

19 yaşlı gənc Təbrizdə El-Gölü hovuzunda intihar edib

GünAz TV: Təbrizin El-Gölü hovuzunda 19 yaşlı gənc öz canına qəsd edib.

 

Hadisə mayın 18-i səhər saat 4:30-5:00 radələrində baş verib. Təbriz Təcili Tibbi Yardım Mərkəzinin heyəti, Polis və Məhkəmə Orqanlarının məsulları və Yanğınsöndürmə Xidməti əməkdaşları hadisə yerinə gələrək ölən gəncin meyitini sudan çıxarıblar.

 

Meyiti aşkar edilən gəncin 19 yaşlı olduğu bildirilsə də, onun kimliyi barədə heç bir məlumat verilmir.

 

Tibbi Ekspertiza Mərkəzi təbrizli gəncin intihar etdiyini hələ təsdiqləməyib, ona qarşı sui-qəsd ehtimalı da istisna edilmir.

 

Şərqi Azərbaycan Polis İdarəsinin İctimai Məsələlər üzrə rəis müavini Əli İsməilpur isə intihar xəbərini pərdələməyə çalışıb. “Bu gün 1998-ci il (hicri-şəmsi təqvimi ilə 1377-ci il) təvəllüdlü gənc saat 4:30-5:00 radələrində El-Gölü hovuzuna düşərək ölüb”- deyə o hadisəni şərh edərkən bildirib.

 

Qeyd edək ki, Qərbi Azərbaycanda hökm sürən yoxsulluq və işsizlik son zamanlar intihar faktlarının sayını kəskin artırıb. Ötən günlərdə iki meşginşəhrli gənc həb ataraq öz canlarına qəsd etmişdir.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN