2018-ci il türk dünyasının mədəniyyət paytaxtı seçildi

2018-ci il türk dünyasının mədəniyyət paytaxtı seçildi

GünAz TV: Türkiyənin Kastamonu şəhəri TÜRKSOY tərəfindən 2018-ci il türk dünyasının mədəniyyət paytaxtı elan edilib.

 

Bu barədə qərar Qazaxıstanda keçirilən TÜRKSOY-un mədəniyyət nazirləri Daimi Şurasının 35-ci toplantısında qəbul edilib.

 

Qeyd edək ki, bundan öncə - yəni 2017-ci il türk dünyasının mədəniyyət paytaxtı Qazaxıstanın Türküstan şəhəri olub. TÜRKSOY-un mədəniyyət nazirləri Daimi Şurasının 35-ci toplantısı da hazırda burada öz işinə başlayıb.


Xatırladaq ki, 2016-cı il türk dünyasının mədəniyyət paytaxtı Azərbaycanın tarixi şəhəri Şəki olub.(trend)


N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN