4 tanınmış azərbaycanlı milli-mədəni fəaldan Sulduz və Urmiyədə keçiriləcək seçkilərlə bağlı Müraciət...

4 tanınmış azərbaycanlı milli-mədəni fəaldan Sulduz və Urmiyədə keçiriləcək seçkilərlə bağlı Müraciət...

GünAz TV: Tanınmış azərbaycanlı milli-mədəni fəallar Həsən Dəmirçi, Əkbər Azad, Abbas Lisani və Həsən Raşidi Sulduz və Urmiyədə keçiriləcək seçkilərlə bağlı Azərbaycan türk milləti və milli-mədəni fəallara müraciət ünvanlayıblar.

 

Müraciətdə soydaşlarımız seçkilərdə eyni mövqedən çıxış etməyə və birliyə çağırılır.

 

Urmu və Sulduz şəhərlərinin əhalisi və milli-mədəni fəallara xitabən yazılan müraciətdə Qərbi Azərbaycan şəhərlərində keçiriləcək Şura Seçkilərinin xüsusi əhəmiyyət kəsb etdiyi bildirilib.

 

“Gələn günlərdə ölkədə prezident və Şura Seçkiləri keçiriləcək. Azərbaycan və azərbaycanlılar üçün ən önəmlisi Qərbi Azərbaycanda Sulduz və Urmu şəhərlərinin Şura Seçkiləridir. Bu şəhərlərdə özəl bir durum mövcuddur. Bəzi gizli qüvvələr bizim əzəli Qərbi Azərbaycan, xüsusi ilə də stratejik əhəmiyyətə malik olan   adını çəkdiyimiz şəhərlərə göz tikib və buralar üçün gizli planlar  hazırlayıblar. Onlar seçkilərlə bağlı milli-mədəni fəallarımızın birgə fəaliyyət göstərməsini istəmir və bu vəziyyətdən istifadə edərək öz çirkin məqsədlərinə çatmaq istəyirlər. Dünənədək çalışmaq və köçmək adı ilə bölgəmizə gələn bəzi kürd qruplar bu gün torpaq iddiasına düşüblər. Onlar qaynağı bəlli olmayan pulların gücü ilə digər şəhərlərin səslərini bizim şəhərlərə gətirmək və digər vasitələrlə Urmu və Sulduz şəhərlərində öz namizədlərini qalib etdirmək istəyirlər. Onlar bununla bu şəhərlərin etnik tərkibini istədikləri kimi göstərməyə çalışırlar. Ona görə də, bu gün hər bir urmulu və sulduzlu soydaşımıza, özəlliklə milli-mədəni fəallara bu gizli cərəyanları məğlub etmək üçün tarixi bir birlik görəvi düşür, biz bunu etməliyik”-deyə müraciətin bir hissəsində qeyd olunub.

 

Tanınmış azərbaycanlı fəallar bu həssas dönəmdə hər kəsi birliyə çağıraraq müəyyən məsələləri xatırladıblar.

“Sulduz və Urmu şəhərinin dəyərli milli-mədəni fəallarına müraciət edərək onların hamısını birliyə çağırırəq. Bu gün bütün fərqli fikirləri və istənilən ixtilafı bir kənara qoyub  birləşmək vaxtıdır. Unutmamalıyıq ki, biz vicdanımız və Azərbaycanın gələcək nəslinin qarşısında məsuliyyət daşıyırıq. Ona görə də dəyərli milli-mədəni fəallarımızı ən qısa zamanda məsləhətə uyğun olaraq bacarıqlı namizədlərdən bir vahid siyahı hazırlamağa, onu Urmu və Sulduz şəhərlərinin əhalisinə tanıtdırmağa çağırırıq. Sayqıdəyər namizədlərimizdən də xahiş edirik ki, ümumi məsləhət naminə bu işdə milli-mədəni fəallarımıza yardım etsinlər. Həmçinin dərin hörmətlə bəyan etməliyik ki, sözügedən vahid siyahı hərhansı səbəbə görə hazırılanmasa, o zaman biz stratejik əhəmiyyətə malik olan şəhərlərimizi qorumaq üçün, müəyyən namizədlərdən ibarət olan birgə hazırlayacağımız bir siyahını dəstəkləyəcəyik”- deyə müraciətdə vurğulanıb.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN