Ali Məhkəmə Atenanın qatili haqqında çıxarılan hökmü qüvvədə saxlayıb

Ali Məhkəmə Atenanın qatili haqqında çıxarılan hökmü qüvvədə saxlayıb

GünAz TV: Paarsabadlı 7 yaşlı Atena Aslaninin qatili barəsində çıxarılan hökm İranın Ali Məhkəməsi tərəfindən təsdiqlənib.

 

Bu barədə Ali Məhkəmənin Nəzarət və Təftiş işləri üzrə rəis müavini Qulamrza Ənsari jurnalistlərə açıqlama verib.

 

“Dosye Ali Məhkəmənin şöbələrindən birinə göndərilib, şöbə dərhal növbədənkənar şəkildə dosyeyə baxıb və Ərdəbil Əyaləti Cəza Məhkəməsinin 1-ci Şöbəsi tərəfindən çıxarılan hökmü olduğu kimi qüvvədə saxlayıb”- deyə o bildirib.

 

Azyaşlı qızın qatili zorlama ittihamı ilə edam, qətl ittihamı ilə qisas, oğurluq ittihamı ilə həbs, şallaq və oğurladığı malı qaytarmaq cəzasına məhkum edilib.

 

Bundan öncə Ədliyyə Nazirliyinin Ərdəbil Şöbəsinin rəisi Məhəmmədəli Qasidi jurnalistlərə açıqlamasında hökmün Ali Məhkəmə tərəfindən təsdiqləndikdən dərhal sonra əhalinin gözü qarşısında icra olunacağını bəyan etmişdir.

 

Xatırladaq ki, İyunun 18-də Parsabad-i Muğanda Atena Aslani adlı 7 yaşlı qız uşağı itkin düşüb, onun cəsədi iyulun 10-da polis tərəfindən saxlanılan İsmayıl Cəfərzadə adlı şübhəli şəxsin avtomobilini park etdiyi yerdə bir plastik boçkanın içində tapılıb. 42 yaşlı qatil polisə günahını etiraf edib. Meyitin üzərində zorlanma əlamətləri aşkar edilib, azyaşlının qızıllları qatil tərəfindən oğurlanıb. Məsum azyaşlı qız iyulun 12-də Parsabadda böyük izdihamla dəfn olunub.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN