Almaniya telekanalının müxbirləri “Traxtur”un görüşünü işıqlandırmaq üçün Təbrizə səfər edəcək

Almaniya telekanalının müxbirləri “Traxtur”un görüşünü işıqlandırmaq üçün Təbrizə səfər edəcək

GünAz TV: Almaniyanın ZDF telekanalının bir qrup müxbiri Güney Azərbaycanın “Traxtur” futbol komandasının “İstiqlal”la görüşünü işıqlandırmaq məqsədi ilə Təbrizə səfər edəcək.

 

Azərbaycan “Traxtur” komandası tərəfdarlarının rəsmi saytında yayılan məlumata görə, ZDF telekanalının müxbirləri Təbrizə səfərlə bağlı hazırlıq işlərini görüb. Onlar Tehranın “İstiqlal” komandası ilə görüşdə “Traxtur” azarkeşlərinin stadiondakı aktivliyini dünya ictimaiyyətinə çatdıracaq.

 

Bu xəbər ZDF telekanalı işçilərinin biri tərəfindən yayılıb. Məlumata görə, alman müxbirlər oktyabrın 23-ü yerli vaxtla saat 15:00-da Təbrizin şəhid Mədəni hava limanına daxil olacaq. Onların Azərbaycan (Pars) Hotelində qalacağı gözlənilir.

 

“Traxtur” komandası tərəfdarları günü-gündən artdığı üçün dünya üzrə böyük şöhrət qazanıb. Ona görə də son vaxtlar beynəlxalıq səviyyəli kanallar bu komandanın görüşlərini işıqlandırmağa xüsusi cəhd göstərir.

 

Xatırladaq ki, oktyabrın 3-də məşhur "transfermarkt" saytı ev oyunlarında ən çox azarkeş toplayan klubların reytinq cədvəlini açıqlamışdır. Dünya üzrə hesablanan reytinqə görə "Traxtur" klubu "Real" və "Arsenal" kimi dünya şöhrətli klubları geridə qoyaraq 5-ci yerdə qərarlaşıb. Həmin raporta görə, "Traxturun"un ev oyunlarına orta hesabla 66 min 833 azarkeşin gəldiyi məlum olub.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN