Atenanın qatili əhalinin gözü qarşısında edam olunacaq

2017-07-17 07:11

GünAz TV: 7 yaşlı parsabadlı Atena Aslaninin qatili əhalinin gözü qarşısında edam olunacaq.

 

Bu barədə Ədliyyə Nazirliyinin Ərdəbil Əyaləti Şöbəsinin rəisi Məhəmmədəli Qasedi jurnalistlərə danışıb.

 

“Atena Aslaninin dosyesinə növbədənkənar baxılır. Məhkəmə edam cəzası çıxaracağı təqdirdə, hökm əhalinin gözü qarşısında icra olunacaq. Şübhəsiz ki, qatilə ən ağır cəza verilməlirdir, bu dosyedə isə ən ağır cəza edamdır. Məhkəmə bu işə xüsusi diqqət ayırıb. Ərdəbil Əyaləti Prokurorluğu isə tibbi ekspertizanın rəyi  və istintaq prosesini nəzarətdə saxlayır.”- deyə o bildirib.

 

Bizim hədəfimiz ədalətin icra olunmasıdır deyən Ədliyyə Şöbəsinin rəisi əlavə edib ki, bu dosye ilə əlaqədar heç bir hərəkətə qətiliklə göz yumulmayacaq, qatil ən ağır şəkildə cəzalandırılacaq.

 

İyulun 15-də İran Məhkəmə Sisteminin rəisi Sadiq Laricani də Ədliyyə Nazirliyinin Ərdəbil Əyaləti Şöbəsinə göstəriş verərək Atenanın dosyesinə növbədənkənar və sürətlə baxılmasını istəyib.

 

qatil

 

İyunun 18-də Parsabad-i Muğanda Atena Aslani adlı 7 yaşlı qız uşağı itkin düşüb, onun cəsədi iyulun 10-da polis tərəfindən saxlanılan İsmayıl adlı şübhəli şəxsin avtomobilini park etdiyi yerdə bir plastik boçkanın içində tapılıb.

 

Atenanın atası uzun illərdir Parsabadın Pezeşkiyan xiyabanında səyyar satıcı işləyir. Atena atasının yanına gəldiyi zaman bəzi vaxtlar onun tanışı olan bir rəng mağazasına gedib, orada əllərini yuyub və su içərmiş. Azyaşlı qız iyunun 18-də atası bilmədən əllərini yumaq üçün həmin mağazaya gedib, lakin bu dəfə onu başqa taleh gözləyirdi.

 

Atena və bacısı Asena

 

Atenanın atası onun evə getdiyini, anası isə atasının yanında olduğunu zənn edirmiş, lakin axşam atası evə qayıdarkən Atenanın yoxa çıxdığı məlum olub. Bundan sonra azyaşlının ailəsi onun yoxa çıxması ilə bağlı polisə xəbər verib.

 

Polis müxtəlif vasitələr, əsasən də gizli kameralardan istifadə edərək Atenanın qonşu rəng mağazasına getdiyini müəyyən etdikdən sonra şübhəlinin izinə düşüb. Nəhayət ki, İsmail adlı 42 yaşlı kişi, azyaşlının yoxa çıxdığından 5 gün sonra şübhəli qismində saxlanılıb. İlk öncə törətdiyi cinayəti etiraf etməyən şübhəli, iyulun 10-da azyaşlının cəsədi onun avtomobilini park etdiyi yerdə bir plastik boçkanın içində tapılandan sonra etiraf etməyə başlayıb. O Atenadan başqa iki il öncə Məcidabad kəndində cəsədi tapılan bir qadını öldürdüyünü də etiraf edib.

 

Parsabad prokuroru Abdulla Təbatəbayi bildirib ki, cinayətkarın daha bir neçə qətldə əli ola bilər, hazırda mümkün cinayət işlərinin istintaqı aparılır.

 

Ərdəbil prokuroru Nasir Ətəbati isə qatilin bundan öncə də müxtəlif cinayət əməlləri ilə məşğul olduğunu deyib. O həmçinin bildirib ki, tibbi ekspertiza azyaşlının öldürülərkən cinsi zorakılığa məruz qaldığını müəyyənləşdirib.

 

Məsum azyaşlı qız iyulun 12-də Parsabadda böyük izdihamla dəfn olunub.

 

 

 

 

N.S

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

Yüzlərlə iraqlı kürd tələbəsinin Təbrizə yerləşdirilməsi barədə məlumatlar yayılıb

2020-09-19

gun az article

Güney Azərbaycanın Zəncan və Həmədan əyalətlərində koronavirusla bağlı son vəziyyət

2020-09-19

gun az article

Şərqi Azərbaycan muzeylərinə ziyarətçilərin sayı kəskin azalıb

2020-09-19

gun az article

İrəc Hərirçi: “Şərqi Azərbaycanda koronavirusa yoluxma halları artan templə davam edir”

2020-09-19

gun az article

Şərqi Azərbaycanda baş verən yol qəzasında 2 nəfər ölüb

2020-09-19

gun az article

GünazTV Sep.18.2020: Azadlıq səsi: Farsçılığın demokrasiyə qarşı düşmənçiliyi

2020-09-19

gun az article

GünazTV Sep.18.2020-QADINCA: #Azərbaycan Talandı Kampanyası

2020-09-19

gun az article

GünazTV Sep.18.2020: İran toplumunun 70% -i məcburi hicaba qarşı çıxır

2020-09-18

gun az article

Güney Azərbaycan əyalətlərində koronavirusla bağlı son vəziyyət

2020-09-18

gun az article

Saxlanılan fəal Musa Ziya Gərgəri Təbrizin Kəşfiyyat idarəsinə köçürülüb

2020-09-18

gun az article

Güney Azərbaycanlı milli fəal Əyyub Şiri məhkəməyə çağırılıb

2020-09-18

gun az article

Güney azərbaycanlı fəal Rza Vasiqinin məhkəməsi keçirilib

2020-09-18

gun az article

GünazTV Sep.17.2020-Sözümüz: Ustad Şəhriyar

2020-09-18

gun az article

GünazTV Sep.17.2020- Düşünməyə Çağırı: Qadın və Siyasət

2020-09-18

gun az article

Təkabda terrorçuların simvolunu qaldıranlara etiraz edənlər cəriməyə məhkum edilib

2020-09-17

gun az article

Güney Azərbaycan əyalətlərində koronavirusla bağlı son vəziyyət açıqlanıb

2020-09-17

gun az article

Azərbaycanlı əkinçilər məhsullarını sata bilmir + GÖRÜNTÜ

2020-09-17

gun az article

İranın səhiyyə nazirliyi rəsmiləri yenidən Azərbaycanın adını təhrif edib

2020-09-17

gun az article

Təbriz bələdiyyəsinin məsuliyyətsizliyi uşağın ölümü ilə nəticələnib + VİDEO

2020-09-17

gun az article

Güney azərbaycanlı fəal Musa Ziya Gərgəri saxlanılıb

2020-09-17