Atenanın qətl dosyesi təkmilləşdirmə mərhələsində

Atenanın qətl dosyesi təkmilləşdirmə mərhələsində

GünAz TV: Xəbər verdiyimiz kimi, Ərdəbil Əyalətinin Parsabad şəhərində iyunun 18-də itkin düşən 7 yaşlı Atena Aslaninin meyiti iyulun 10-da polis tərəfindən saxlanılan İsmayıl Cəfərzadə adlı şübhəli şəxsin avtomobilini park etdiyi yerdə bir plastik boçkanın içində tapılıb. 

 

Artıq 42 yaşlı qatil polisə günahını etiraf edib. Meyitin üzərində zorlanma əlamətləri aşkar edilib.

 

Bu barədə Ədliyyə Nazirliyinin Ərdəbil Əyaləti Şöbəsinin rəisi Məhəmmədəli Qasedi “İsna” xəbər agentliyinə dosye ilə bağlı son məlumatı açıqlayıb.

“Baş verən qətl hadisə ilə bağlı tibbi ekspertizanın ilkin rəyi bizə göndərilib, lakin yekun rəy açıqlanmayıb. Dosye təkmilləşdirildikdən sonra ağır cinayət törədən qatilə cəza istəniləcək”- deyə o qeyd edib.

 

Ədliyyə Şöbəsinin rəisi bəyan edib ki, Atenanın qətli ilə bağlı bütün məlumat dosye təkmilləşdikdən sonra aydınlaşacaq. “Çalışacayıq ki, istintaq işləri qısa müddətdə yekunlaşsın və qatil haqqında çıxarılacaq məhkəmə hökmü sürətlə icra olunsun”- deyə Məhəmmədəli Qasedi vurğulayıb.

 

Qeyd edək ki, azyaşlı qızın qatili bundan əvvəl də məhkumluq həyatı yaşayıb. O, iki il bundan əvvəl bir qadını zorlayaraq öldürdüyünü etiraf edib. Qatilin daha bir neçə cinayət hadisəsində əli olduğu ehtimal edilir.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN