Avropa Birliyi güneyli alim haqda çıxarılan edam hökmü ilə bağlı İrana nota verib

2017-11-27 12:17

GünAz TV: Bir Almaniya qəzeti Avropa Birliyinin təbrizli araşdırmaçı-alim Prof. Dr. Əhmədrza Calalinin edam cəzasına məhkum edilməsi ilə bağlı İran hökumətinə nota verdiyini yazıb.

 

İsveçdə (Sued) yaşayan azərbaycanlı alim “Düşməm ölkələrlə əməkdaşlıq etmək” ittihamı ilə edam cəzasına məhkum edilib, o hazırda Tehranın Evin zindanında saxlanılır.

 

“Heilbroner Stimme” qəzeti noyabrın 25-də yaydığı bir xəbərdə qeyd edib ki, Dr. Əhmədrza Calali haqda çıxarılan məhkəmə hökmü ilə əlaqədar, Avropa Birliyi oktyabrın sonunda Tehranda bu ölkənin rəsmilərinə öz etirazını bildirib.

 

Verilən notada 46 yaşlı azərbaycanlı alimin “İsrail dövləti ilə əməkdaşlıq”da günahlandırılaraq edam cəzasına məhkum edilməsinə kəskin etiraz edilib.

 

Qəzet Almaniya Xarici İşlər Nazirliyinin alimin dosyesi ilə bağlı nigaran olduğunu, onu diqqətlə izlədiyini qeyd edib.

 

“Deutsche Welle”nin məlumatına görə isə dünyada elm və alimlərin azad fəaliyyətini müdafiə edən “Nigaran Alimlər Komitəsi” də bu məsələyə görə İranı qınayıb, komitə Almaniya kansleri Angela Merkel və daha bir neçə avropalı siyasətçinin ofisinə etiraz məktubu göndərib.

 

Angela Merkelin ofisi Dr. Əhmədrza Calali ilə bağlı  “Nigaran Alimlər Komitəsi”ndən məktub aldığını təsdiqləyib. 

 

Məktubda siyasətçilərdən İranda həbsdə olan tanınmış alimə dəstək vermələri tələb olunub.

 

Bundan öncə müxtəlif ixtisaslar üzrə 74 nobel mükafatı laureatı İranın Birləşmiş Millətlər Təşkilatındakı (BMT) nümayəndəliyinə məktubla müraciət edərək azərbaycanlı araşdırmaçı-alimin azadlığa buraxılmasını tələb ediblər.

 

Bir çox mənbələr təbrizli alimin İslam İnqilabı Keşikçilər Korpusu (“Sepah”) və digər təhlükəsizlik qüvvələri ilə gizli əməkdaşlıq təklifindən imtina etdiyinə görə edam cəzasına məhkum edildiyini bildirir. 9 il öncə İsveçin Stokholm şəhərinə gedən Dr. Əhmədrza Calali təbii fəlakətlər üzrə doktorluq dərəcəsini İsveçin Karolinska İnstitutundan alıb, bundan sonra o həyat yoldaşı və iki övladı ilə birlikdə İsveçdə qalmalı olub. Tanınmış alim İtaliya və Belçika kimi ölkələrdə elmi-tədqiqat müəssisələrində də çalışıb.

 

Dr. Əhmədrza Calali 2016-cı il aprelin 24-dən Tehranın Evin zindanında həbsdədir. O Tehran və Şiraz universitetlərinin dəvəti ilə elmi konfransa qatılmaq üçün İrana səfər etdiyi zaman saxlanılıb.

 

N.S

 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Post | Gunaz article social
فرید سرهنگی

2020-05-28

صفویان که بیشتر از ترک بودنشان به شیعه بودنشان می بالیدند برای این که در مقابل امپراطوری عثمانی قد علم کنند به مرثیه سرایی به سبک شاعران شعوبیه فارس ها مانند فردوسی پرداختند واز همین رو پان ایرانیسم(پان فارسیسم)در ایران خراب شده به وجود آمد. قابل توجه جناب احمد اوبالی که از صفویان ترک هایی قهرمان ساخته!

Şərh Yaz
gun az article

Urmiya gölünün son vəziyyəti + VİDEO

2020-06-04

gun az article

Qərbi Azərbaycanda koronavirusa yoluxma halları sürətlə artır

2020-06-04

gun az article

“Urmiyə 90” komandası İran çempionatının I dəstəsi yarışlarından geri çəkilməyə məcbur olub

2020-06-04

gun az article

İmam cümə Qərbi Azərbaycan əyalətinin kürd valisinin idarəçiliyini tənqid edib

2020-06-04

gun az article

Tarixi “Rəbi-Rəşidi” şəhərciyinin ərazisində yanğın baş verib + Video

2020-06-04

gun az article

GünazTV June.03.2020: Kürd təşkilatları Azərbaycan topraqlarına göz dikib, ABŞ-dakı etirazlar və İranda aban etirazlarına baxış.

2020-06-03

gun az article

Marağada məktəb binalarının 40 faizi bərbad vəziyyətdədir

2020-06-03

gun az article

Əhərdə ailəvi qonaqlıqda iştirak edən 9 nəfər koronavirusa yoluxub

2020-06-03

gun az article

Qərbi Azərbaycan əyalətində koronavirusa yoluxanların sayı 6000-i ötüb

2020-06-03

gun az article

Azərbaycanlıların geniş etirazından sonra Xoy tarixi bazarının təhrif olunmuş adları düzəldilib

2020-06-03

gun az article

Təbriz Şəhər Şurasının sədri həbs edilib

2020-06-03

gun az article

Güney azərbaycanlı fəal və idmançı müvəqqəti azadlığa buraxılıb

2020-06-03

gun az article

GünazTV June.02.2020-Özümüz:Qacarlar: Fəthəli Şah

2020-06-02

gun az article

GünazTV June.02.2020 -GÜNDƏM MASASI:Güney Azərbaycan'da İran dəstəkli kürd terrorizmi

2020-06-02

gun az article

Aynalı turizm düşərgəsi fəaliyyətini dayandırıb

2020-06-02

gun az article

Güney azərbaycanlı aşıq İslam Mirzayinin yas mərasimi keçirilib + VİDEO

2020-06-02

gun az article

Meşginşəhrdə 15 yeni tarixi məntəqə aşkarlanıb

2020-06-02

gun az article

Ərdəbildə davada xəsarət  alanların sayında 2.5% artım müşahidə olunur

2020-06-02

gun az article

Təbrizli sənətçilər Azərbaycanın Beynəlxalq Animasiya Festivalının münsiflər heyətində

2020-06-02

gun az article

Qərbi Azərbaycan əyalətində koronavirusa yoluxanların sayında rekord artım

2020-06-02