Azərbaycan Əhalisi: Əzim Qeyçisaza hörmət olaraq bu gün ölkə tarixində “Milli Dağçılıq Günü” kimi qeyd olunsun - GÖRÜNTÜ

Azərbaycan Əhalisi: Əzim Qeyçisaza hörmət olaraq bu gün ölkə tarixində “Milli Dağçılıq Günü” kimi qeyd olunsun - GÖRÜNTÜ

GünAz TV: Güney Azərbaycanda çox sayda insan imza toplayaraq Ordibeheştin 29-nu (mayın 19-u) ölkə təqvimində “Milli Dağçılıq Günü” kimi qeyd olunmasını tələb ediblər.

 

Soydaşlarımız imzaladıqları vərəqədə Nepalın Lhotse zirvəsini mayın 19-da fəth edən Ə.Qeyçisazın əldə etdiyi uğura işarə edərək bu önəmli günün tarixə düşməsini istəyiblər.

 

Yazı İran Gənclər və İdman naziri Məsud Sultanifərə  ünvanlanıb. “Qəhrəman Azərbaycan əhalisi İranın  dağçılıq idmanını təbliğ etmək məqsədi ilə ölkə tarixinin ən güclü dağçısı olan Ə.Qeyçisaza hörmət olaraq bu günün ölkənin rəsmi tarixində qeyd olunmasını istəyir”- deyə yazıda vurğulanıb.

 

Xatırladaq ki, Himalay zirvələrini fəth edən məşhur dağçı  mayın 19-u saat 12:22-də Lhotse zirvəsini fəth edərək dünya dağçılıq səkkiz minliklər klubuna qoşulmağı bacarıb. O 8516 metr hündürlükdə olan Lhotse zirvəsini fəth etmək üçün 40 gün ardıcıl çalışıb, dağçı bunun üçün təxminən 10 il hazırlaşıb.

 

Azərbaycanlı dağçı mayın 31-də doğma şəhəri Təbrizə dönərkən hava limanında çox sayda soydaşımız tərəfindən alqışlarla qarşılanıb, o əhaliyə təşəkkür edərək qazandığı medal və əldə etdiyi uğurları bölgə əhalisinə təqdim etdiyini bildirib.

 

Ə.Qeyçisaz bu nailiyyətdən sonra dünyanın 8 min metrdən yüksək olan 14 zirvəsini oksigen balonu olmadan fəth edən 17-ci dağçı olub.

 

 

 

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN