Azərbaycan İnsan Hüquqları Cəmiyyətinin müdiri Dr. Jalə Təbrizi BMT-nin azlıqlar məsələləri üzrə forumunda çıxış edib – VİDEO

2019-12-03 10:39

GünAz TV: Ərk- Azərbaycan İnsan Hüquqları Cəmiyyətinin müdiri Dr. Jalə Təbrizi BMT-nin azlıqların məsələləri üzrə 12-ci forumunda Güney Azərbaycan türklərinə qarşı edilən ayrı-seçkiliklər haqda çıxış edib.

 

Azərbaycan İnsan Hüquqları Cəmiyyətinin yaydığı məlumata görə, forum BMT-nin Cenevrədəki qərargahında  noyabrın 28-dən başlayaraq 3 gün davam edib.

 

Dr. Jalə Təbrizi öz çıxışında İran rejiminin qeyri-fars millətləri, xüsusi ilə də Güney Azərbaycan türklərinə qarşı tətbiq etdiyi ayrı-seçkilik siyasətindən danışıb.

 

“Müxtəlif dillərə hörmətlə yanaşmaq inklüziv cəzmiyyətin əlamətlərindən biridir. Bu, həm də insanlar arasında dözümsüzlük və irqçiliyə qarşı mübarizə üçün bir vasitədir.

İranda etniklər hər cür ayrı-seçkiliyə məruz qalır. Azərbaycan türkləri inqilabdan 40 il keçməsinə baxmayaraq hələ də ana dilində təhsil ala bilmir. İslam Cümhuriyyəti və hətta rejimə müxalif qüvvələr qeyri-fars millətlərinin ana dilinə təhlükəsizlik məsələsi kimi baxırlar. Onlar etniklərin ana dilini İranın milli təhlükəsizliyi və ərazi bütövlüyünə qarşı bir təhlükə kimi görür.”- deyə o çıxışının bir hissəsində qeyd edib.

 

Dr. Jalə Təbrizi çıxışının sonunda Birləşmiş Millətlər Təşkilatına bu sözlərlə müraciət edib: “Biz BMT-dən istəyirik ki, bütün vasitələrlə İran rejimini qeyri-fars millətlərinin ana dilinə hörmət etməyə vadar etsin. İran bu zəmində olan bütün qanunlara əməl etməlidir.”- deyə o vurğulayıb.

 

https://www.youtube.com/watch?time_continue=78&v=PgmGnhp3YXE&feature=emb_logo

 

Qeyd edək ki, İranda 30 milyondan çox Azərbaycan türkü ana dilində təhsil almaq hüququndan məhrumdur. Rejimin bu qeyri-insani davranışı uzun illərdir ki, Azərbaycan türk millətinin kəskin etirazı ilə qarşılanır. Lakin rejim hələki geri addım atmaq fikrində deyil. Dil və mədəniyyət uğrunda dinc mübarizə aparan çox sayda soydaşımız rejim tərəfindən ağır cəzalandırılıb. Hazırda Ərdəbil zindanında həbsdə olan tanınmış güney azərbaycanlı fəal Abbas Lisani o cümlədəndir, tanınmış fəal 15 il həbs cəzasına məhkum edilib.

 

N.S

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

GünazTV Sep.18.2020: Azadlıq səsi: Farsçılığın demokrasiyə qarşı düşmənçiliyi

2020-09-19

gun az article

GünazTV Sep.18.2020-QADINCA: #Azərbaycan Talandı Kampanyası

2020-09-19

gun az article

GünazTV Sep.18.2020: İran toplumunun 70% -i məcburi hicaba qarşı çıxır

2020-09-18

gun az article

Güney Azərbaycan əyalətlərində koronavirusla bağlı son vəziyyət

2020-09-18

gun az article

Saxlanılan fəal Musa Ziya Gərgəri Təbrizin Kəşfiyyat idarəsinə köçürülüb

2020-09-18

gun az article

Güney Azərbaycanlı milli fəal Əyyub Şiri məhkəməyə çağırılıb

2020-09-18

gun az article

Güney azərbaycanlı fəal Rza Vasiqinin məhkəməsi keçirilib

2020-09-18

gun az article

GünazTV Sep.17.2020-Sözümüz: Ustad Şəhriyar

2020-09-18

gun az article

GünazTV Sep.17.2020- Düşünməyə Çağırı: Qadın və Siyasət

2020-09-18

gun az article

Təkabda terrorçuların simvolunu qaldıranlara etiraz edənlər cəriməyə məhkum edilib

2020-09-17

gun az article

Güney Azərbaycan əyalətlərində koronavirusla bağlı son vəziyyət açıqlanıb

2020-09-17

gun az article

Azərbaycanlı əkinçilər məhsullarını sata bilmir + GÖRÜNTÜ

2020-09-17

gun az article

İranın səhiyyə nazirliyi rəsmiləri yenidən Azərbaycanın adını təhrif edib

2020-09-17

gun az article

Təbriz bələdiyyəsinin məsuliyyətsizliyi uşağın ölümü ilə nəticələnib + VİDEO

2020-09-17

gun az article

Güney azərbaycanlı fəal Musa Ziya Gərgəri saxlanılıb

2020-09-17

gun az article

Güney azərbaycanlı milli fəal Həmid Mənafi Nadarlı müvəqqəti azadlığa buraxılıb

2020-09-17

gun az article

GünazTV Sep.16.2020: Ərəb ölkələrinin İsrailnən münasibətlərinin normallaşmasır

2020-09-17

gun az article

“Traxtur Azərbaycan” komandasının məşqçisi cəzalandırılıb

2020-09-16

gun az article

Güney Azərbaycan əyalətlərində koronavirusla bağlı son vəziyyət

2020-09-16

gun az article

Muxtar İbrahimi Marağa zindanına köçürülüb

2020-09-16