Azərbaycan Milli Hökumətinin quruluşunun 74-cü ildönümü və Güney Azərbaycan Milli Hərəkatı mövzusunda konfrans keçiriləcək – Ankarada

Azərbaycan Milli Hökumətinin quruluşunun 74-cü ildönümü və Güney Azərbaycan Milli Hərəkatı mövzusunda konfrans keçiriləcək – Ankarada

GünAz TV: Türkiyə paytaxtı Ankarada Azərbaycan Milli Hökumətinin quruluşunun 74-cü ildönümü və Güney Azərbaycan Milli Hərəkatı mövzusunda önəmli konfrans keçiriləcək.

 

Güney Azərbaycan Milli Azadlıq Cəbhəsi (GAMAC) və Azərbaycan Kültür Dərnəyinin təşəbbüsü ilə keçirilən konfransda çox sayda ziyalı, universitet müəllimi və Güney Azərbaycan Milli Hərəkatı fəallarının iştirak edəcəyi gözlənilir.

 

Tədbirdə Azərbaycan Milli Hökuməti ilə yanaşı Güney Azərbaycan Milli Hərəkatı və hərəkatın gələcək fəaliyyəti ilə bağlı çıxışlar olacaq.

 

Konfransda Azərbaycan Kültür Dərnəyinin rəhbəri Cəmil Ünal, Ankara Gazi Universitetinin elmi heyətinin üzvü Prof. Heydər Çakmak, Ankara Universitetinin elmi heyətinin üzvü Prof. Nəsib Nəsibli, Güney Azərbaycan Milli Azadlıq Cəbhəsinin (GAMAC) sözçüsü Məhsa Mehdili və Beynəlxalq Əlaqələr üzrə mütəxəssis Kərim Əsğəri geniş məruzə ilə çıxış edəcəklər.

 

Konfrans Azərbaycan Kültür Dərnəyinin Ankarada yerləşən qərargahında dekabrın 14-ü yerli vaxtla saat 14:00-da keçiriləcək. Konfransla maraqlanan fəallar "Ankara, Çankaya, Kızılay, Bayındır Sokak: 37/6" adresinə müraciət edə bilərlər.

 

N.S

 


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN