Azərbaycanda Novruz bayramı qeyd olunur

Azərbaycanda Novruz bayramı qeyd olunur

GünAz TV: Bu gün Azərbaycanda xalqın ən sevimli bayramlarından biri olan Novruz bayramı (Bahar bayramı, yeni il bayramı) qeyd edilir.

 

Bahar Azərbaycana martın 20-də Təbriz vaxtı ilə saat 13:58-də daxil olacaq və həmin vaxt gecə-gündüz bərabərliyi qeydə alınacaq.  Buna görə də martın 20-si bayram günü hesab olunur.

 

Novruzun qeyd edilməsi də yeni ilin, yazın ilk gününün qarşılanması anlamına gəlir. Novruz bayramı 2009-cu il sentyabrın 30-da YUNESKO tərəfindən qeyri-maddi mədəni irs siyahısına daxil edilib. Novruz bayramının mənşəyi qədimdir. Bir sıra xalqlar yaz fəslinin gəlməsini təbiətin canlanması ilə bağlayıb, bu münasibətlə şənliklər keçirib, onu yeni ilin başlanğıcı kimi bayram ediblər. Bəzi qədim inanclara görə, kainat 4 ünsürdən — su, od, torpaq və küləkdən yaranıb. Məhz bu səbəbdən də hər il Novruz bayramından əvvəl 4 çərşənbə qeyd olunur. Bu bayramın özünəməxsus adət-ənənələri var: qulaq falına çıxmaq, tonqalın üzərindən tullanmaq, səməni yetişdirmək, səməni xonçaları bəzəmək, yumurta döyüşdürmək, qonaq getmək, şam yandırmaq, yallı getmək və s. Novruz bayramına dair inanclar: "Gizlin dinlənən evdən xoş söhbət eşidilərsə, bu, arzunun yerinə yetəcəyinə işarədir", "Novruzda küsülü qalmaq olmaz" və s.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN