Azərbaycanlı alimin həyat yoldaşı Tehran prokurorunun əsassız ittihamlarına rekasiya verdi – VİDEO

Azərbaycanlı alimin həyat yoldaşı Tehran prokurorunun əsassız ittihamlarına rekasiya verdi – VİDEO

GünAz TV: Ötən günlərdə Tehran prokuroru Abbas Cəfəri Dolətabadi uydurma ittihamla edama məhkum edilmiş azərbaycanlı Prof. Dr. Əhmədrza Calali ilə zindanda görüşdüyü haqda mətbuata məlumat verib.

 

Bu barədə “Mizan” xəbər agentliyində xəbər yayılıb.

 

Prokuror bildirib ki, “müttəhim onunla görüşdə xarici kəşfiyyat məmurları ilə 8 dəfə görüşdüyünü etiraf edərək bunun qarşılığında pul aldığını bildirib.

“O, Müdafiə Nazirliyi və Atom Enerji Təşkilatının binaları və müdirləri, atom enerji saytları, Təşkilatın tabeliyində olan qurumlar, həmçinin bəzi plan və layihələr barədə İsrailin Kəşfiyyat Orqanı “Mossad”a məlumat ötürüb”- deyə Abbas Cəfəri Dolətabadi açıqlayıb.

 

Prokuror müttəhimin informasiyaya necə əl tapdığı barədə heç bir məlumat verməyib.

 

Ə.Calalinin İsveçdə (Sued) yaşayan həyat yoldaşı Vida Mehranniya isə “Radio Fərda”nın müxbiri ilə danışıqda Tehran prokurorunun açıqlamasını rədd edib.

 

O bildirib ki, “Ə.Calali prokurorla görüşdə “Mossad” məmurları ilə 50 dəfə görüş haqda Ettelaat İdarəsinin  çəkdiyi filmi rədd edərək bu barədə onunla 8 dəfə yazışma olduğunu, lakin hər dəfə mənfi cavab verdiyini deyib.”

 

https://www.youtube.com/watch?v=YgdqvhdH23k

 

 

Xanım Mehranniya həyat yoldaşının sözlərinin Tehran prokuroru tərəfindən təhrif edilməsinə təəssüfləndiyini bildirib.

 

“Beynəlxalq dəstəklər göstərir ki, Ə.Calali Avropada güclü mövqeyə malikdir. İki ixtisas üzrə doktorant olan, bir ixtisas üzrə daha yüksək elmi dərəcəyə malik olan bir şəxsin 5 il ərzində 28 min avro pula nə ehtiyacı ola bilər!”- deyə müttəhimin həyat yoldaşı bəyan edib.

 

O “Radio Fərda”da yayılan Səs Faylında yoldaşının Atom Enerji Təşkilatı ilə heç bir əlaqəsi olmadığını bildirib. Onun sözlərinə görə, “Ə.Calali bir müddət Müdafiə Nazirliyinin Böhranları İdarə edən Bölümündə işləyib, onun belə informasiyaları əldə etmək imkanı olmayıb.”

 

Tehran və Şiraz universitetlərinin dəvəti ilə İrana səfər edən Ə.Calali 2016-cı il aprelin 24-dən Tehranın Evin zindanında həbsdədir. O İran kəşfiyyatının uydurduğu saxta ittihamla edam cəzasına məhkum edilib. Güney Azərbaycanlı alim son illərdə həyat yoldaşı və iki övladı ilə birlikdə İsveçdə yaşayıb.

 

N.S

 


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN