Azərbaycanlı fəal Huşəng Nağızadə Məhkəmədə bəraət qazanıb

 Azərbaycanlı fəal Huşəng Nağızadə Məhkəmədə bəraət qazanıb

GünAz TV: Azərbayc anlı mli-mədəni fəal Huşəng Nağızadə ümumi asayişi pozmaq və gəncləri təhrik etmək ittihamından bəraət qazanıb.


Urmiyə məhkəməsinin 109-cu şöbəsi çıxardığı hökmdə qeyd edib ki, ittihamı sübut edən dəlil olmadığı üşün müttəhimə bəraət verilir.


Azərbaycanlı fəal “Tərh-i No”qəzetində yayılan təhqiramiz mətnlə əlaqədar gəncləri təhrik etməkdə ittiham edilirdi.


Adını çəkdiyimiz fəal 2016-cı iyul ayında “Tərh-i No” qəzetində türklərin təhqir edilməsinə qarşı keçirilən etiraz aksiyasında Urmiyədə saxlanılıb və mülki vəsiqə qarşılığında sərbəst buraxılıb.


Xatırladaq ki, 2016-cı il iyulun 20-də "Tərh-i No" qəzeti Firdovsinin "Şahnamə" əsərindən bir hekayə nəşr edərək türkləri bədbəxt, irqi pis və s. kimi adlarla təqdim etmişdir. Qəzetdə həmçinin "Ey tanınmaz və bədbəxt türk, iranlı pəhləvanların qüdrətindən xəbərin varmı?! Biz turanlıları kişi kimi tanımırıq, onlar hamısı qadındırlar. Ey irqi pis olan türk, sən kişilərlə savaşmaq üçün yaranmayıbsan, get, qadınlar kimi əlinə pambıq və mil götür", - sözləri də yer almışdır.


N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN