Azərbaycanlı fəal Murtaza Nəbizadə vəfat edib

Azərbaycanlı fəal Murtaza Nəbizadə vəfat edib

GünAz TV: Keçirdiyi ağır yol qəzası nəticəsində komaya düşən azərbaycanlı milli-mədəni fəal Murtaza Nəbizadə müalicə aldığı xəstəxanada vəfat edib.

 

Aldığı xəsarətlərdən aylardır komada olan gənc dekabrın 6-i sübh vaxtı dünyasını dəyişib.

 

Murtaza Nəbizadə cümə axşamı günü Təbrizdə dəfn olunacaq.

 

Mərhum Nəbizadə milli zəmindəki fəaliyyətindən əlavə həm də Azərbaycanın milli rəqsi müəllimi idi, o bu sahədə uğurlu addımlar atmışdır.

 

Güney Azərbaycan Televiziyası bu itkini mərhumun ailəsi və yaxınları, eləcə də azərbaycanlı fəallara dərin hüznlə başsağlığı verir.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN