Azərbaycanlı fəallar erməni Daşnaksütyun tərəfdarlarının Tehranda türklərə qarşı aksiyası ilə bağlı bəyanat yayıb

2017-04-23 22:08

GünAz TV: Azərbaycan Milli Hərəkat fəalları erməni Daşnaksütyun ideologiya xətti tərəfdarlarının Tehranda uydurma erməni soyqırımı ilə əlaqədar keçirmək istədikləri etiraz aksiyası barədə xəbərdarlıq ediblər.

 

Fəallar aprelin 24-də keçirilməsi gözlənilən aksiya ilə əlaqədar bəyanat yayıb:

“Müşahidələrə görə, Daşnaksütyun partiyasının lobbisi, Ararat Gənclər Birliyi, Tehran Ararat İdman və Mədəniyyət Klubu, Müqəddəs Sarkis Kilsəsi və Ermənistanın Tehrandakı Səfirliyi,  Daxili İşlər Nazirliyinə məktub göndərərək uydurma erməni soyqırımı ilə əlaqədar aprelin 24-də Tehranda etiraz aksiyası keçirmək üçün icazə istəyiblər. İran dövləti ötən illərdə 40 milyon Azərbaycan türkünün gözü qarşısında onların yalançı iddialarının təkrar edilməsinə şərait yaratmışdır. Lakin ötən il erməni lobbisinə belə bir icazə verilmədi və onlar sadəcə Tehranda Müqəddəs Sarkis Kilsəsində Türkiyə və türk dünyasına qarşı şüarlar səsləndirdilər.

Güney Azərbaycan türk milləti heç bir irq, məzhəb və dinlə düşmənçilik etmir və Azərbaycan Milli Hərəkatının ideyaları sülh prinsipi və demokratik üsullara söykənir. Lakin Azərbaycan və türk dünyası əleyhinə saxta tarix quraşdırmaq heç bir şəkildə qəbul edilə bilməz. Ermənistan ordususunun Dağlıq Qarabağdakı cinayətləri, Daşnaksütyun partiyası və ciloların Urmiyə, Xoy və Salmasda törətdikləri faciə bir acı xatirə kimi hələ də yaddaşlardan silinməyib. Belə bir vəziyyətdə onların islam hökuməti bayrağı altında türklərə qarşı aksiya keçirməsi təmami ilə qəbuledilməzdir”- deyə bəyanatın bir hissəsində qeyd olunub.

 

Sonda azərbaycanlı fəallar vurğulayıb ki, ölkədə seçkilər ərəfəsində Daşnaksütyun partiyası tərəfdarlarının Türkiyə səfirliyi qarşısında aksiya keçirməsi İslam Cümhuriyyəti üçün bir qara ləkə olmaqla yanaşı Azərbaycan türk millətinin kəskin etirazına səbəb olacaq. Təbii ki, bu hadisə seçkilər dönəmində Təbriz, Tehran və Urmiyə kimi şəhərlərin təhlükəsizlik vəziyyətinə də öz təsirini göstərəcək.

 

N.S

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

GünazTV Sep.22.2020-Özümüz: Məşrutəçilik Düşüncəsi

2020-09-23

gun az article

GünazTV Sep.22.2020 -GÜNDƏM MASASI: İranda rejimin media üzərindən yürütdüyü siyasət

2020-09-23

gun az article

GünazTV Sep.22.2020 : “Dalana dirənən İran! Vaşinqton rəsmi Tehrana qarşı təzyiq siyasətini sonadək qoruyacağını açıqladı”

2020-09-22

gun az article

Şərqi Azərbaycanda hər gün 7 nəfər koronavirusdan ölür

2020-09-22

gun az article

Qızılözən çayı ətrafında yaşayan nadir heyvanın nəsli kəsilməkdədir

2020-09-22

gun az article

Güney Azərbaycanda növbəti ətraf mühit faciəsi: Zəncanda minlərlə balıq tələf olub

2020-09-22

gun az article

Təbrizdə baş verən yol qəzasında 2 nəfər ölüb

2020-09-22

gun az article

Şərqi Azərbaycan əyalətində davada xəsarət alanların sayı artıb

2020-09-22

gun az article

GünazTV Sep.21.2020: PARLAQ GƏLƏCƏK: Tetik Mexanizmi'nin Tə'sirləri

2020-09-22

gun az article

Təbriz Universitetində türk dili və ədəbiyyatı üzrə təhsil alan ilk tələbələr məzun olub + GÖRÜNTÜ

2020-09-21

gun az article

Güney Azərbaycan əyalətlərində koronavirusla bağlı son vəziyyət

2020-09-21

gun az article

İran rəsmisi Muğanda neft yataqlarının axtarışına başlanacağını açıqlayıb

2020-09-21

gun az article

Həbsə məhkum edilən 2 milli fəalın məzuniyyəti uzadılıb

2020-09-21

gun az article

Xorasan türkləri Nadir Şah haqqında kitab nəşr edib

2020-09-21

gun az article

Güney Azərbaycanda 3 işçi qazdan zəhərlənərək ölüb

2020-09-21

gun az article

İranlı nazir Azərbaycanın Təkab şəhərini Kürdüstan adlandırıb + VİDEO

2020-09-20

gun az article

Güney Azərbaycan əyalətlərində koronavirusla bağlı son vəziyyət

2020-09-20

gun az article

“Durnalar yuvası”  stadionunun türkcə lövhəsi qaytarılıb

2020-09-20

gun az article

Qızıl şəhəri Təkab sürgün məntəqəsi kimi təqdim olunub

2020-09-20

gun az article

Azərbaycan adını təhrif edən mağazalar şəbəkəsi düzəliş etməyə məcbur olub

2020-09-20