Azərbaycanlı milli-mədəni fəal Şura seçkilərinə buraxılmadı

Azərbaycanlı milli-mədəni fəal Şura seçkilərinə buraxılmadı

GünAz TV: Azərbaycanlı milli-mədəni fəal Murtaza Nurməhəmədi İslami Şura seçkilərinə buraxılmayıb.

 

Bu barədə Sofiyan Bəxşdarisi (Şəhər İcra Hakimiyyətinə bağlı bir idarədir) tərəfindən göndərilən məktubda bildirilib.

 

Murtaza Nurməhəmmədi ötən günlərdə Nadarlı kəndinin Şura seçkiləri üçün namizəd qismində qeydiyyatdan keçmişdir.

 

Əldə olunan məlumata görə, azərbaycanlı fəalın səlahiyyəti, onun ETTELAAT (İran Kəşfiyyat Nazirliyi) İdarəsi tərəfindən millətçilik, Qurtuluş İdman Komandasını təşkil etmək və Nadarlı kəndində türkcə kitab sərgisi keçirməkdə ittiham olunduğu üçün Seçkilərə Nəzarət və İcra Heyəti tərəfindən rədd edilib.

 

Qeyd edək ki, adını çəkdiyimiz öyrənci fəal, Azərbaycan türk millətinin milli və demokratik hüquqları uğrunda apardığı mədəni mübarizəyə görə dəfələrlə təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb və müxtəlif təzyiqlərə məruz qalıb.

 

 

N.S

 


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN