Azərbaycanlı şair Əli Səmədpurdan təxribata məruz qalan Abbas Lisaniyə dəstək

Azərbaycanlı şair Əli Səmədpurdan təxribata məruz qalan Abbas Lisaniyə dəstək

GünAz TV: Azərbaycanlı milli-mədəni fəal, şair Əli Səmədpur virtual aləmdə çətəçilərin azərbaycanlı fəallar, o cümlədən Abbas Lisaniyə qarşı aparılan təxribatlara reaksiya verib.

 

Azərbaycanlı fəal bu barədə öz İnstagram səhifəsində məlumat yayıb.

 

“Bəziləri müəyyən qazanclar əldə etmək üçün Azərbaycan Milli Hərəkatının daxilində nifaq salmağa çalışır, onlar bu istiqamətdə əllərindən gələni edirlər. Türkçuluk adı altında gizlənənlər Azərbaycanın qəhrəman övladı Abbas Lisani, bir müddət öncə isə Hacı Əzimi Qədimi hədəfə alıb, onları müxtəlif ittihamlara məruz qoyublar. Bu sadə bir məsələ deyil, Milli Hərəkat üzərinə axın edən bir çirkin prosesdir. “Xocalı” kimi yurdsuz, vətənsiz şəxslərin danılmaz təxribatları əlbəttə ki, çox düşündürücüdür. Bilmək lazımdır ki, təkcə Dirəniş Partiyası adı daşımaqla vətənsevər olmaq olmur, bunun sübutu həmin qurumun fəaliyyətində özünü brüzə verir.

 

Dünən Əzimi Qədim, bu gün isə Abbas Lisani təxribata məruz qalarsa, sabah da digərlərinə qarşı təxribat aparılacaq. Bunların qarşısı dərhal alınmalıdır”- deyə açıqlamanın bir hissəsində qeyd olunub.

 

Fəalın İnstagram səhifəsində yayılan mətn

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN