Azərbaycanlı televiziya aparıcısından panfarsist irqçilərə tutarlı cavab - VİDEO

Azərbaycanlı televiziya aparıcısından panfarsist irqçilərə tutarlı cavab - VİDEO

GünAz TV: İranda Azərbaycan türklərinin panfarsistlər tərəfindən təhqirə məruz qalması hər bir azərbaycanlını qəzəbləndirir.

 

Bunu hətta hökumət işində çalışanlar və yüksək rütbəli şəxslər arasında da görmək mümkündür.

 

“Traxtur”un Tehranda keçirdiyi görüşündən sonra Şərqi Azərbaycanın “Səhənd” telekanalının aparıcısı Milad Vətənpərəst verilişində Azərbaycanın tarixi və tanınmış şəxsiyyətlərindən bir neçəsini sadalayaraq türk millətinin nəyə qadir olduğunu göstərmək istəyib. O bildirib ki, əgər mən məşhur tarixi şəxsiyyətlərimizin adlarını sadalasam, onların sayı “Perspolis”in tərəfdarlarından çoxdur.”

 

“Traxtur” tərəfdarları M.Vətənpərəstin bu çıxışını yüksək qiymətləndirərək onu, ötən cümə günü Azadi stadionunda təhqiramiz şüarlar səsləndirən panfarsistlərə qarşı ən tutarlı cavab olduğunu bildiriblər.

 

Panfarsistlər bütün imkanlardan istifadə edərək Azərbaycan türk millətini açıq-aşkar şəkildə təhqirlərə məruz qoyur. Lakin nə zaman ki, ölkədə kritik vəziyyət yaranır vəya hansısa müharibə təhlükəsi olur onda azərbaycanlıları qəhrəman, cəsarətli və qorxmaz xalq adlandırırlar. Görünür ki, bu dəfə azərbaycanlılar belə zahiri sözlərə inanıb onların təhqirlərinə dözmək fikri yoxdur.

 

Video:

https://www.youtube.com/watch?v=yAegZnYBCt4

 

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN