Azərbaycanlıların müqaviməti nəticə verdi: Qərbi Azərbaycana kürd kökənli valinin təyinatı…

2017-09-13 22:39

GünAz TV: Azərbaycan Milli Hərəkat fəalları və bir sıra yerli məsulların müqaviməti nəticəsində rejim ilamlı kürd Fridun Hümmətini Qərbi Azərbaycana vali təyin etmək qərarından vaz keçib.

 

Bu barədə Urmiyənin İran parlamentindəki millət vəkili Hadi Bahaduri öz İnstagram səhifəsində məlumat yayıb. “Bir sıra cəhdlərdən sonra Fridun Hümmətinin Qərbi Azərbaycana vali təyin edilməsi ilə bağlı plan ləğv edildi”- deyə millət vəkili qeyd edib.

 

 

Son günlərdə radikal kürd qruplaşmalarına yaxınlığı ilə seçilən Fridun Hümməti adlı ilamlı kürdün İran Daxili İşlər naziri tərəfindən Qərbi Azərbaycana vali kimi nəzərdə tutulduğu qeyd olunurdu. Xəbər yayıldıqdan sonra nazirin bu qərarına qarşı Azərbaycan əhalisi, xüsusi ilə də milli-mədəni fəallar, həmçinin bir sıra yerli məsullar ciddi etirazlara başladılar. Məhz bundan sonra rejim geri addım ataraq Qərbi Azərbaycanın vali postu üçün digər variantlar axtarmalı oldu.

 

H.Bahaduri bundan öncə İnstagram səhifəsində paylaşdığı məlumatda Fridun Hümmətinin Qərbi Azərbaycana vali təyin edilməsinə qarşı olduğunu, bu barədə prezident Həsən Ruhaniyə məktubla müraciət etdiyini yazmışdır.

 

Millət vəkili həmçinin qeyd etmişdir ki, o Prezident Administrasiyasının rəisi Dr. Vaezi, Həsən Ruhaninin seçki qərargahlarının rəisi və Ticarət, Mədən və Sənaye naziri Dr. Şəriətmədari, İran Daxili İşlər nazirilin parlament işləri üzrə müavini Dr. Samani və prezident müavini və Ətraf Mühit Təşkilatının rəisi Dr. Kəlantəri ilə telefon əlaqəsi saxlayaraq sözügedən təyinata qarşı olduğunu, bu istiqamətdə olan cəhdlərin düzgün olmadığını deyib.

 

Xəbər verdiyimiz kimi, mövzu ilə bağlı Urmiyənin millət vəkili Ruhulla Həzrətpur da İnstagram səhifəsində Daxili İşlər naziri ilə əlaqə saxladığını, Fridun Hümmətinin Qərbi Azərbaycana vali təyin edilməsinə qarşı olduğunu yazmışdır. O bildirib ki, bu təyinat düzgün deyil, Qurbanəli Səadətin öz postunda qalması daha çox məqsədə uyğundur.

 

Urmiyənin digər millət vəkili Nadir Qazipur da həmkarları ilə eyni mövqeyi paylaşıb. “Mən bir çox səlahiyyətli şəxslər, o cümlədən Daxili İşlər Nazirliyi və Prezident Administrasiyasında olanlara sözügedən təyinatın ağır nəticələri ilə bağlı xəbərdarlıq etmişəm. Mən də daxil olmaqla Azərbaycan əhalisi belə bir qərarla razılaşa bilməz. Azərbaycanın Bakirilər kimi aslan övladları var, bizim yerli olmayan şəxslərə heç bir ehtiyacımız yoxdur”- deyə o vurğulamışdır.

 

Fridun Hümməti İlam kürdlərindəndir. O bundan öncə Tehran tərəfindən Qərbi Azərbaycan Teleradio Şirkətinin rəisi postuna təyin edilib. Fridun Hümməti rəsmi fəaliyyəti müddətində Mahabad kürd şəbəkəsinin gücləndirilməsi istiqamətində xüsusi addımlar atıb, onlara müxtəlif yollarla yardım göstərib.

 

Qeyd edək ki, İran rejimi və terrorçu kürd qruplaşmaları Qərbi Azərbaycanı tədricən kürdləşdirməklə bölgənin demoqrafik tərkibini dəyişdirməyə çalışırlar. Bu cəhətdən rejimin planından xəbərdar olan Azərbaycan türkləri bölgədə keçirilən seçkilər və önəmli postlara təyinatla bağlı xüsusi həssaslıq göstərirlər.

 

N.S

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Post | Gunaz article social
فرید سرهنگی

2020-05-28

صفویان که بیشتر از ترک بودنشان به شیعه بودنشان می بالیدند برای این که در مقابل امپراطوری عثمانی قد علم کنند به مرثیه سرایی به سبک شاعران شعوبیه فارس ها مانند فردوسی پرداختند واز همین رو پان ایرانیسم(پان فارسیسم)در ایران خراب شده به وجود آمد. قابل توجه جناب احمد اوبالی که از صفویان ترک هایی قهرمان ساخته!

Şərh Yaz
gun az article

Qərbi Azərbaycanda koronavirusa yoluxanların sayında daha bir rekord artım

2020-06-05

gun az article

İran televiziyasından növbəti anti-Azərbaycan addım: tanınmış pendir brendinə qarşı təxribat + VİDEO

2020-06-05

gun az article

Ərdəbilli sənətçilərin  İranda olan repressiyaya qarşı performans əsəri  – VİDEO

2020-06-05

gun az article

Azərbaycanlı rejissor iranlıların irqçi yanaşmasını tənqid edib

2020-06-05

gun az article

Urmiya gölünün son vəziyyəti + VİDEO

2020-06-04

gun az article

Qərbi Azərbaycanda koronavirusa yoluxma halları sürətlə artır

2020-06-04

gun az article

“Urmiyə 90” komandası İran çempionatının I dəstəsi yarışlarından geri çəkilməyə məcbur olub

2020-06-04

gun az article

İmam cümə Qərbi Azərbaycan əyalətinin kürd valisinin idarəçiliyini tənqid edib

2020-06-04

gun az article

Tarixi “Rəbi-Rəşidi” şəhərciyinin ərazisində yanğın baş verib + Video

2020-06-04

gun az article

GünazTV June.03.2020: Kürd təşkilatları Azərbaycan topraqlarına göz dikib, ABŞ-dakı etirazlar və İranda aban etirazlarına baxış.

2020-06-03

gun az article

Marağada məktəb binalarının 40 faizi bərbad vəziyyətdədir

2020-06-03

gun az article

Əhərdə ailəvi qonaqlıqda iştirak edən 9 nəfər koronavirusa yoluxub

2020-06-03

gun az article

Qərbi Azərbaycan əyalətində koronavirusa yoluxanların sayı 6000-i ötüb

2020-06-03

gun az article

Azərbaycanlıların geniş etirazından sonra Xoy tarixi bazarının təhrif olunmuş adları düzəldilib

2020-06-03

gun az article

Təbriz Şəhər Şurasının sədri həbs edilib

2020-06-03

gun az article

Güney azərbaycanlı fəal və idmançı müvəqqəti azadlığa buraxılıb

2020-06-03

gun az article

GünazTV June.02.2020-Özümüz:Qacarlar: Fəthəli Şah

2020-06-02

gun az article

GünazTV June.02.2020 -GÜNDƏM MASASI:Güney Azərbaycan'da İran dəstəkli kürd terrorizmi

2020-06-02

gun az article

Aynalı turizm düşərgəsi fəaliyyətini dayandırıb

2020-06-02

gun az article

Güney azərbaycanlı aşıq İslam Mirzayinin yas mərasimi keçirilib + VİDEO

2020-06-02