Azərşəhrdə qədim yeraltı yaşayış məkanı aşkar edilib

Azərşəhrdə qədim yeraltı yaşayış məkanı aşkar edilib

GünAz TV: Güney Azərbaycan Azərşəhr (Tufarqan) şəhərinin Yengicə kəndində qədim yeraltı yaşayış məkanı aşkar edilib.

 

Şərqi Azərbaycan Mədəni İrs, Əl işləri və Turizm Təşkilatının İctimaiyyətlə Əlaqələr Şöbəsi tərəfindən yayılan məlumata görə, İran Mədəni İrs, Əl işləri və Turizm Təşkilatının rəisi bir neçə yerli məsulla birlikdə cümə günü Yengicə kəndinə gedərək yeni aşkar edilmiş  tarixi məkana baxış keçirib.

 

Azərşəhrdə mədəni irs fəallarından biri Cavad Yasemipur yeni tapılan tarixi məkanla bağlı baxış keçirən məsullara məlumat verib. “Bu tarixi mağara böyük ehtimalla gizli və müvəqqəti yaşayış məkanı olub. 15 kilometrlik mağaranın bir neçə çıxışı var. Ehtimal olunur ki, bura savaşlar zamanı hərbçilər tərəfindən istifadə olunurmuş”- deyə o bildirib.

 

Cavad Yasemipurun sözlərinə görə, mağara böyük ehtimalla islamdan öncəki dövrlərə aiddir.

 

Yengicə kəndi Azərşəhrin 2 kilometrliyində yerləşir.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN