Azərşəhrdə Şəhər Şurası seçkilərinin nəticəsi təsdiqləndi, bir kənddə nəticə dəyişdi

Azərşəhrdə Şəhər Şurası seçkilərinin nəticəsi təsdiqləndi, bir kənddə nəticə dəyişdi

GünAz TV: Azərşəhrdə (Tufarqan) 22 gün öncə keçirilən Şəhər Şurası seçkilərinin nəticəsi rəsmən təsdiqləndi, seçki nəticəsi bir kənddə dəyişdi.

 

Bu barədə Azərşəhr Kənd və Şəhər Şura Seçkilərinə Nəzarət Heyətinin rəisi Əli Rzayi mətbuata açıqlama verib.

 

“Şəhər Şura seçkilərinin nəticəsi rəsmən təsdiqləndi, sadəcə bir kənddə seçki nəticələrində dəyişiklik qeydə alınıb”- deyə o bildirib.

 

O şəhərdə seçkilərin nəticəsində heç bir dəyişikliyin olmadığını xüsusi vurğulayıb. “Azərşəhrdə seçkilərin nəticəsinə müəyyən etirazlar və şikayətlər var idi. Onlar araşdırıldıqdan sonra bəzi məntəqələrdə səslərin yenidən sayılmasına qərar verildi, lakin nəticədə heç bir dəyişiklik olmadı”- deyə Ə.Rzayi qeyd edib.

 

Şəhər və Kənd Şura Seçkilərinə Nəzarət Heyətinin rəisi Pirçoban kəndində də seçkilərin nəticəsinə etiraz olduğunu və bu səbəbdən səslərin yenidən sayıldığını diqqətə çatdırıb. Onun sözlərinə görə, səslər yenidən sayıldıqdan sonra Kənd Şurasına yol tapanların sıralamasında 3-cü və 4-cü yerləri tutanların yeri dəyişib. Və bununla da Şura seçkilərinin yekun nəticəsi rəsmən elan olunub.

 

Qeyd edək ki, İranda 12-ci prezident və 5-ci Şəhər Şurası seçkiləri mayın 19-da keçirilib.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN