Babək qalası mərasimindən GÖRÜNTÜLƏR

Babək qalası mərasimindən GÖRÜNTÜLƏR

İyunun 30-da yüzlərlə Azərbaycan Milli Hərəkat fəalı Babək Xürrəmdinin ad gününü qeyd etmək üçün Güney Azərbaycanın Kəleybər şəhəri yaxınlığında yerləşən Babək qalasına (Bəzz qalası) yürüş ediblər.

 

Fəallar qalada üzərinə “Siyamək Mirzayi azad olunmalıdır” şüarı yazılmış plakatlar qaldıraraq Siyamək Mirzayi və digər azərbaycanlı fəalların azadlığa buraxılmasını tələb ediblər.

 

Polis mərasim keçirildiyi zaman Babək qalası və ətraf məntəqələrdə təhlükəsizlik tədbirlərini gücləndirib.

 

Mərasim iştirakçılarından bir neçəsi qaladan qayıdarkən təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb.

 

Azərbaycanın tarixi və milli qəhrəmanı Babək Xürrəmdin, Azərbaycanı Abbasi xəlifələrinin istilasından qurtarmaq üçün uzun illər mübarizə aparıb, bu gün Babək Xürrəmdin və onun qırmızı rəngli mübarizə bayrağı Azərbaycan Milli Hərəkat fəalları üçün ilham mənbəyidir.

 

Babək qalası mərasimindən Görüntülər:

 

 

 

 

 

 

N.S

 


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN