Binabda silahlı insdent baş verib: 1 ölü, 1 yaralı

Binabda silahlı insdent baş verib: 1 ölü, 1 yaralı

GünAz TV: Şərqi Azərbaycanın Binab məntəqəsində yerləşən bir kənddə silahlı insident baş verib, Hadisə nəticəsinbdə bir nəfər ölüb, bir nəfər isə yaralanıb.

 

Hadisə ilə bağlı Binab Polis İdarəsinin rəisi Rəməzan Allahverdyan məlumat verib.

 

“Binaba bağlı kəndlərin birində əkin sahəsində park edilmiş bir avtomobilə atəş açılıb. Bunun nəticəsində avtomobilin 55 yaşı sərnişini hadisə yerində ölüb, sürücü isə yaralanaraq xəstəxanaya çatdırılıb”- deyə o bildirib.

 

Həkim və xəstəxana məsulları yaralının ümumi vəziyyətinin normal olduğunu bildiriblər.

 

“İlkin müşahidələrə görə, hadisə şəxsi münasibətlər zəminində baş verib. İnsidentlə bağlı bir nəfər şübhəli şəxs qismində saxlanılıb. Hadisə polis tərəfindən araşdırılır”- deyə R.Allahverdyan əlavə edib.

 

N.S

 


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN