“Boeing” rəsmisi: “Tehranla danışıqlarda irəliləyiş var. Lakin bu il İrana hər hansı bir təyyarə verilməyəcək”

“Boeing” rəsmisi: “Tehranla danışıqlarda irəliləyiş var. Lakin bu il İrana hər hansı bir təyyarə verilməyəcək”

GünAzTV: ABŞ-ın təyyarə istehsal edən “Boeing” şirkətinin icraçı direktoru Dennis Muilenburg İrana 100 ədəd sərnişin təyyarəsinin satışı ilə bağlı Tehranla apardıqları müzakirələrdən danışıb.

 

Oktyabrın 4-də, innovativ texnologiyalar mövzusunda Çikaqoda keçirilən konfrans zamanı jurnalistlərə açıqlama verən Dennis Muilenburg bildirib ki, İrana sərnişin təyyarələrinin satışı ilə bağlı Tehranla aparılan müzakirələr davam edir: “Bu haqda Tehranla danışıqlarda müəyyən qədər irəliləyiş var. Lakin bu il İrana hər hansı bir təyyarə verilməyəcək. Daha doğrusu, təyyarələrin satışı ilə əlaqədar Tehranla bağladığımız müqavilə gələn 2-3 ildə təkmilləşdiriləcək. Hazırda biz İranla sazişin quruluşunun son mərhələsi üzərində işləyir, təyyarələrin satışı üçün lazımi lisenziya almaq üçün Amerika hökumətinin rəsmiləri ilə də danışıqlar aparırıq. İranla bağlanan bu müqavilə “Boeing” şirkəti üçün böyük bir fürsətdir və bu xüsisda danışıqlarda irəliləyiş olmasından sevinirəm”.

 

Xatırladaq ki, 2015-ci ildə İranla Qərb arasında əldə edilən nüvə sazişinin əsas şərtlərindən biri, “Boeing” təyyarələrinin İrana satışına razılıq vermək idi.

A.M

Açar Sözlər

Güney Azərbaycan

HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN