Bölgədə aktivləşən mühacir kürdlərlə bağlı Bildirişlər yayılıb - Urmiyədə

Bölgədə aktivləşən mühacir kürdlərlə bağlı Bildirişlər yayılıb - Urmiyədə

GünAz TV: Güney Azərbaycanın Urmiyə şəhərində bölgədə aktivləşən mühacir kürdlərlə bağlı Bildirişlər yayılıb.

 

Bu, son vaxtlar Qərbi Azərbaycan Əyalətində kürd terror qruplaşmalarının fəallaşması və onların əlaltılarının  müxtəlif sahələrdə fəaliyyətlərinin genişlənməsi ilə bağlıdır. Artıq Qərbi Azərbaycan Əyalətində “Pejak” terror qruplaşmasının törətdiyi terror aktları, ev və mağaza qarətləri, insan oğurluğu və s. kimi cinayət əməlləri adi hal almaqdadır. Digər tərəfdən isə radikal kürdlərin siyasi cəbhəsində fəallaşma müşahidə olunur. Məsələn, kürd qruplarının lobbiçiliyi nəticəsində ilamlı kürd Fridun Hümmətini Qərbi Azərbaycana vali kimi gətirirlir. Bütün müşahidələr göstərir ki, artıq Daxili İşlər Nazirliyi adı çəkilən ilamlı kürdü Qərbi Azərbaycana vali təyin etməyə hazırlaşır. Şübhəsiz ki, məqsədyönlü təyinatla bağlı azərbaycanlıların kəskin etirazı artmaqdadır, yerli məsullardan bir neçəsi əhali ilə birlikdə məsələ ilə bağlı Nazirliyə xəbərdarlıq ediblər.

 

Bu arada mobil applikasiyasında (application) böyük Kürdistanın xəyali xəritəsi təqdim olunmağa başlayıb. Kiçik həcmli və pulsuz təqdim olunan mobil applikasiyası İran rejimi, PKK və ona bağlı terror qruplaşması “Pejak”ın strategiyasını təbliğ etməkdədir. Saxta böyük Kürdistanın xəyali tarix və coğrafiyasını əks etdirən applikasiyada Ağqoyunlu və Qaraqoyunlu türk dövlətləri kobud şəkildə təhqir edilərək vəhşi qövmlər adlandırılır. Mətndə fars mənşəli Əhəmənilər sülaləsinin nümayəndəsi Kirin (Kuruş) də adı çəkilib. Guya o, vəhşi adlandırdıqları türk qövmlərinin hücumunun qarşısını alıb.

 

 

Bütün bunlardan nigaranlıq hissi keçirən azərbaycanlı mədəni fəallar, Qərbi Azərbaycanın kürdləşdirilməsi və bölgədə aktivləşən terrorçularla bağlı Bildirişlər yazıb, Urmiyə şəhərində paylayıblar.

 

“Kürd terrorçu qruplaşmaları artıq Azərbaycanın ərazi bütövlüyü üçün təhlükə hesab olunur. Ölkə daxili və xaricində baş verən hadisələr Azərbaycanın qərb bölgəsinin kürdləşdirilməsi prosesini gücləndirir. Buna qarşı tədbir alınmasa Azərbaycan əhalisi ciddi ziyan görəcək. Ona görə də terrorizm təhlükəsini aradan qaldırmaq üçün Azərbaycanın dəyərli milləti, müəllim və öyrəncilər, həmçinin müxtəlif orqanlardan Azərbaycan torpağına göz tikənlərin planlarını ifşa etməyə çağırırıq. PKK, “Pejak”, Komelə və Demokrat terror qruplaşmalarına isə elan edirik ki, bu Azərbaycan millətinin son uyarısıdır. Azərbaycan torpaqlarına göz tikənlərin arzusu, elə arzu olaraq da qalacaq“- deyə Bəyanatın bir hissəsində qeyd olunub.

 

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN