Bu büdcə ilə məhrumiyyət içində olan məntəqələrimizi inkişaf etdirmək mümkün olmayacaq – Urmiyənin Bələdiyyə başqanı

2017-07-21 09:00

GünAz TV: Qərbi Azərbaycan Əyalətinin mərkəzi şəhəri Urmiyənin Bələdiyyə İdarəsi başqanı Məhəmməd Həzrətpur bölgənin ağır iqtisadi vəziyyətindən danışıb.

 

O bu barədə Qərbi Azərbaycan Valiliyində müqavimət iqtisadiyyatı mövzusunda keçirilən iclasda bəhs edib.

 

“Hazırda  bizim əsas nigaranlığımız iqtisadi durumu zəif və məhrumiyyət içində olan məntəqələrin inkişafı məsələsidir. Çalışırıq ki, bu məntəqələrin iqtisadi göstəriciləri yaxşılaşsın və əhalinin problemləri öz həllini tapsın. Lakin bu məqsədlə nəzərdə tutulan layihələrin icrası indiki büdcə ilə mümkün deyil. Əgər bu məntəqələr inkişaf etdiriləcəksə, o zaman bölgəyə daha çox büdcə ayrılmalıdır”- deyə o vurğulayıb.

 

Urmiyənin Bələdiyyə başqanı öz söhbətində Türkiyə sərhəddində yerləşən Çaldıran şəhərinin vəziyyətinə xüsusi yer verib.

 

“Çaldıranda əhalinin artım səviyyəsi mənfi deyil, sadəcə bölgədən köçənlərin sayı çoxdur. Bu şəhərdə kanalizasiya sistemi və ətraf kəndlərdə yol problemi kimi çoxlu çatışmamazlıqlar var. İnkişafdan geri qalmış məntəqələrdə birinci mərhələdə infrastrukturla bağlı problemlər üzərində çalışmaq lazımdır. Ona görə də, Çaldıran şəhərində ilk öncə kanalizasiya sistemi və kəndlərə asfalt yol çəkilməlidir”- deyə o qeyd edib.

 

M.Həzrətpur əlavə edib ki, Çaldıran kəndlərinin yolu olmayanadək oraya müəllim getməyəcək, getsə də, bir il qaldıqdan sonra məntəqəni tərk edəcək. Ona görə də mən düşünürəm ki, Çaldıranın inkişafı üçün ilk öncə yol və kanalizasiya sistemi, sonra isə təbii qaz və turizmin inkişafı məsələləri öz həllini tapmalıdır.

 

Qeyd edək ki, Güney Azərbaycanın müxtəlif bölgələrinin inkişafdan geri qalması kimsəyə gizli deyil. Bu proses islam inqilabından sonra daha da şiddətləyib. İqtisadi tənəzzül və yoxsulluğun artması təkcə sərhədyanı şəhər və kənlər deyil, hətta Təbriz, Ərdəbil və Urmiyə kimi böyük şəhərləri də əhatə edir. Azərbaycan və fars şəhərlərinə ayrılan büdcənin məbləğindəki fərq, bir çox müzakirəli məsələlərə aydınlıq gətirir.

 

N.S

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

Siyasi fəal Fəramərz Bəxtiyar Abbas Lisaniyə qarşı çıxarılan ədalətsiz hökmü pisləyib – VİDEO

2020-07-12

gun az article

Qərbi Azərbaycan əyalətində koronavirus qurbanlarının sayı 570 nəfəri ötüb

2020-07-12

gun az article

Urmiyanın millət vəkili məktəb və universitetlərdə türk dilinin tədris olunmasını tələb edib

2020-07-12

gun az article

Mişo dağlarında baş verən yanğın söndürülüb

2020-07-12

gun az article

Siyasi fəal Kave Şirzad tanınmış milli fəalın azadlığa buraxılmasını tələb edib – VİDEO

2020-07-12

gun az article

İnsan hüquqları fəallarının Abbas Lisaniyə qarşı çıxarılan ədalətsiz hökmə etirazları davam edir – VİDEO

2020-07-12

gun az article

Türkmən insan hüquqları kampaniyası fəalı Abbas Lisaniyə qarşı çıxarılan ədalətsiz hökmü pisləyib - VİDEO

2020-07-11

gun az article

Şərqi Azərbaycanda koronavirus səbəbilə bütün idman mərkəzlərinin fəaliyyəti 1 həftəlik dayandırılıb

2020-07-11

gun az article

Şərqi Azərbaycanın 12 şəhərində koronavirusla bağlı vəziyyət böhranlıdır

2020-07-11

gun az article

Ərdəbildə koronavirusa yoluxmuş ana sağlam uşaq dünyaya gətirib

2020-07-11

gun az article

İran parlamentinin Həştruddan seçilmiş deputatı koronavirusa yoluxub

2020-07-11

gun az article

GünazTV Juluy.10.2020: Azadlıq səsi: Milli Hərəkatda dövlətçilik düşüncəsi və formaları

2020-07-11

gun az article

GünazTV July.10.2020-QADINCA: Milli hərəkatını mübariz simvolu Abbas Lisaninin 15 illik həbsi

2020-07-11

gun az article

GünazTV July.10.2020: İran hakimiyyəti Kiş adasının Çinə verilməsi xəbərini rədd edir

2020-07-10

gun az article

Tikantəpədə mədənlərin ətraf mühitə vurduğu ziyan yerli əhalini köç etməyə məcbur edir

2020-07-10

gun az article

İranda yaşayan qeyri-fars millətlərin təmsilçiləri Abbas Lisaniyə qarşı çıxarılan ədalətsiz hökmün ləğv edilməsini tələb edib

2020-07-10

gun az article

Güney Azərbaycan yollarında baş verən qəzalarda 8 nəfər ölüb

2020-07-10

gun az article

Güney Azərbaycanda koronavirusa yoluxanların sayı sürətlə artır

2020-07-10

gun az article

Güney azərbaycanlı ata və oğul həbsxanadan məzuniyyətə buraxılıblar

2020-07-10

gun az article

Türkmən insan haqları təşkilatı Abbas Lisaniyə qarşı çıxarılan hökmü qınayıb + Video

2020-07-10