Bu gün seçkilərlə əlaqədar məktəblərdə tətil elan olunub - Güney Azərbaycanda

Bu gün seçkilərlə əlaqədar məktəblərdə tətil elan olunub - Güney Azərbaycanda

GünAz TV: Şərqi Azərbaycan, Qərbi Azərbaycan, Ərdəbil, Zəncan, Qəzvin və Həmədan vilayətlərində mayın 20-i məktəblərdə (şənbə günü)  tətil elan olunub.

 

İran mətbuatında yayılan məlumata görə, mayın 19-da ölkədə keçirilən prezident və Şura Seçkilərində verilən səslərin sayılmasına görə məktəblər bir günlüyə tətilə buraxılıb. Bu barədə Təhsil Nazirliyinin vilayətlərdəki  şöbələri qərar verib.

 

Prezident və Şura Seçkilərində sadəcə rejimin səlahiyyət verdiyi namizədlər bir-biri ilə rəqabət apardı. Prezident seçkilərinə namizədlər televiziyadakı debatlarda bir-birlərini korrupsiya və yalnış idarəçilikdə günahlandırdılar. Təbliğat-Təşviqat dönəmində  milli-mədəni fəallar Azərbaycanın milli və demokratik haqlarını müxtəlif vasitələrlə gündəmə gətirdilər.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN