Bu il Təbiət Günü mərasimi insidentsiz ötüşüb – Məlikanda

Bu il Təbiət Günü mərasimi insidentsiz ötüşüb – Məlikanda

GünAz TV: Güney Azərbaycanın Məlikan şəhərində Təbiət Günü (2 aprel) münasibəti ilə xüsusi mərasim keçirilib.

 

Əldə etdiyimiz məlumata görə, azərbaycanlı milli-mədəni fəalların təşəbbüsü ilə keçirilən mərasim bu il ötən illərlə müqayisədə daha maraqlı olub.

 

Şəhər ətrafında bir yerə toplaşan gənclər milli geyimdə Azərbaycan rəqsləri nümayiş etdirib, şeir oxuyub və Azərbaycanın milli marşını ifa ediblər. Mərasimdə yerli aşıqların ifası böyük maraqla qarşılanıb.

 

Yüzlərlə məlikanlı soydaşlarımızın qatıldığı şənlik mərasimi  ötən illərin əksinə olaraq bu dəfə insdentsiz ötüşüb, təhlükəsizlik qüvvələri mərasimə müdaxilə etməyib.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN