Bu kənddə evləri qızdırmaq üçün neft tapılmır – Zəncan Əyalətində

Bu kənddə evləri qızdırmaq üçün neft tapılmır – Zəncan Əyalətində

GünAz TV: Zəncan Əyalətində yerləşən Xudabəndə şəhərinin “Qulam veys” kəndində əhali şaxtalı hava şəraitində mənzillərini qızdıra bilmir.

 

Kütləvi İnformasiya vasitələrində yayılan məlumata görə, kənd əhalisi mənzillərini qızdırmaq üçün əsasən neftdən istifadə edir. Lakin bu yanacaq növü bölgədə qarlı və şaxtalı hava şəraiti hökm sürdüyü bir vaxtda əlçatmaz arzuya çevrilib.

 

Məlumata görə, “Qulam veys” kəndinin əhalisi neft almaq üçün saatlarla sıra gözləyir, sonda onların əksəriyyəti evə əliboş gedir.

 

Kənd əhalisi bu vəziyyətdən şikayətçi olduğu halda səlahiyyətli orqanlar problemi aradan qaldırmaq istiqamətində heç bir addım atmır. Azərbaycanlı ailələr soyuq qış günlərində bir çox problemlə üz-üzə qalıblar.

 

Qeyd edək ki, son 6 gün ərzində Güney Azərbaycanın bütün əyalətlərində yağan güclü qar həyatı iflic vəziyyətinə salıb.

Bu müddətdə avtomobil yolları, hətta şəhərlərarası yollarda ciddi problemlər yaşanıb. Bir çox kəndin yolu bağlı qalıb. Kəndlər və bəzi şəhərlərdə elektrik enerjisi kəsilib. Ötən günlərdə Güney Azərbaycan şəhərlərində bir çox məktəb ağır hava şəraiti ilə əlaqədar müvəqqəti olaraq bağlanılıb.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN