Çaldıranda 4 terrorçu öldürülüb

Çaldıranda 4 terrorçu öldürülüb

GünAz TV: İslam İnqilabı Keşikçilər Korpusu (“Sepah”) Quru Qoşunlarının Həmze Seyyid-ol Şohəda Qərargahının İctimaiyyətlə Əlaqələr Şöbəsi Çaldıran məntəqəsində bir terrorçu qrupun zərərsizləşdirdiyini açıqlayıb.

 

“Təsnim” xəbər agentliyi bu barədə “Sepah” tərəfindən yayılan bəyanatı dərc edib.

 

“Çərşənbə axşamı dünya müstəkbir güclərinə bağlı bir terrorçu qrupun Çaldıran məntəqəsinə sızması və iki yerli insanın şəhid edilməsi haqda məlumat aldıq. Bundan sonra bir qrup “Sepah” üzvü bölgədə əməliyyata başlayaraq terrorçuları təqib etdilər.”- deyə bəyanatda qeyd olunub.

 

Bəyanatda həmçinin bildirilib ki, “keçirilən əməliyyat nəticəsində terrorçular tapıldı, onlarla silahlı qarşıdurma yaşandı. Qarşıdurmada 4 terrorçu öldürüldü, onların silah və rabitə cihazları ələ keçirildi.”

 

Çaldıran Qərbi Azərbaycan Əyalətində, Makı şəhərinə yaxın bir bölgədə yerləşir, Türkiyə ilə sərhəddir. Bu məntəqədə uzun illərdir Qərbi Azərbaycanın digər bölgələri kimi, kürd terror qruplaşmaları fəaliyyət göstərir. “Sepah” isə yaydığı bəyanatda kürd qruplaşmalarından ad aparmayıb. Buna səbəb, İran rejiminin bölgənin kürdləşdirilməsi prosesinə dəstək verməsi, kürd kartından Azərbaycan əleyhinə istifadə etmək və Azərbaycan türklərini bölgədə sıxışdırmaq planıdır.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN