Cavad Yekanlı Dirəniş Təşkilatının bəzi üyələrinin təxribatı barədə bəyanat yayıb

Cavad Yekanlı Dirəniş Təşkilatının bəzi üyələrinin təxribatı barədə bəyanat yayıb

GünAz TV: Azərbaycanlı milli-mədəni fəal Cavad Yekanlı   “Çətəçilər”in Azərbaycan Milli Hərəkatına qarşı son təxribatı barədə bəyanat yayıb.  

 

“Keçmişdə bir nəfər üzünü mənə tutaraq dedi: Sən hələ “Dirəniş”i sözünü ağzına gətirəcək qədər deyilsən!

 

Biraz düşündüm və bu sözün doğru olduğunu anladım.

 

Uzun illərdir Azərbaycan uğrunda ölümə belə hazılr olan fəalları yalan və böhtan məlumatlarla şantaz edən, onlara qarşı təxribat aparan bir təşkilatın adını həqiqətən də mən dilimə gətirməməliyəm. Onlar üzdə “Yaşasın Azərbaycan” deyir, ama əslində Azərbaycanın ölümünü istəyirlər.

 

Onlar 2005-dən bəri Dirəniş Təşkilatından olmayan fəalları sıradan çıxarmaq istəyiblər, bu gün də həmin işlə məşğuldular.

 

Bu təşkilat fəalları sıradan çıxarmaqda uzmandır. Onlar hər zaman təxribat, şantaj və təhdidlə məşğul olublar, yenə də eyni fəaliyyətlərini davam etdirməkdədirlər.

 

Mən Cavad Yekanlı Dirəniş Təşkilatının bu alçaq hərəkətlərini şiddətlə pisləyirəm”- deyə bəyanatda bildirilib.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN