Çayparada iş yerində baş verən qəzada 1 nəfər ölüb, ikisi isə xəsarət alıb

Çayparada iş yerində baş verən qəzada 1 nəfər ölüb, ikisi isə xəsarət alıb

GünAz TV: İran və Güney Azərbaycan şəhərlərində iş yerlərində baş verən qəzalarda ölən işçilərin sayı günü-gündən artır.

 

Məlumata görə, Qərbi Azərbaycan Əyalətində yerləşən Çaypara şəhərində dəmirçilik sexində (karqah) bədbəxt hadisə baş verib.

Sənaye şəhərciyində qeydə alınan hadisədə 1 nəfərin öldüyü, iki nəfərin isə xəsarət aldığı bildirilir.

 

Bu barədə Çaypara Təcili Tibbi Yardım Mərkəzinin rəisi Əkbər Kərimzadə çərşənbə günü jurnalistlərə açıqlama  verib.

“Bu hadisə 28 yaşlı bir qaynaqçının ehtiyatsızlığından baş verib. O təkərin üstündə oturaraq diski qaynaq etmək istəyib. Bu vəziyyətdə hava ilə dolu avtomobil təkəri partlayıb və qaynaqçını ərtafdakı dəmirlərə çırpıb. o hadisə yerində keçinib, ətrafdakı iki nəfər isə ağır bədən xəsarəti alıb.”- deyə o bildirib.

 

Çaypara Təcili Tibbi Yardım Mərkəzinin rəisinin sözlərinə görə, hadisə zamanı xəsarət alanlar Çayparanın Xomeyni Xəstəxanasına aparılıb.

 

İran işçilərin sağlamlığı və əmək təhlükəsizliyinin təmin olunmasında dünya üzrə 102-ci ölkədir. Təhlükəsizlik texnikası qaydalarının tətbiq olunmaması və əlverişli əmək şəraitinin yaradılmaması hər il ölkədə çox sayda fəhlənin ölüm, xəsarət alma və bədən üzvlərinin itirilməsi ilə nəticələnir. Bundan əvvəl İran İnşaat Fəhlələri Dərnəyinin rəisi bildirmişdir ki, bir ildə 15 min işçinin bədbəxt hadisə ilə üzləşməsi İran üçün rekord vurmaq deməkdir.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN