Cəfər Rüstəmirad “Çətəçilər”in təxribatı ilə bağlı bəyanat yayıb

Cəfər Rüstəmirad “Çətəçilər”in təxribatı ilə bağlı bəyanat yayıb

GünAz TV: Azərbaycanlı milli-mədəni fəal Cəfər Rüstəmirad “Çətəçilər”in Azərbaycan Milli Hərəkatına qarşı son təxribatı barədə bəyanat yayıb.  

 

“Təəssüflə Dirəniş Təşkilatı yarandığı gündən bəri boş-boş işləri ilə milləti aldatmağa çalışıb. Onlar son günlərdə Milli Hərəkatın ən dəyərli və sədaqətli fəallarına qarşı təxribat fəaliyyətində dirənir. Onların Milli Hərəkata zərbə vurmaq üçün necə mafiya qrupuna malik olduqları artıq ifşa olundu.

 

Keçmişdə də bu təşkilat tərəfindən milli fəallar əleyhinə şantaj və təxribat xarakterli işlər görülmüşdür. Lakin hərəkata zərbə dəyməsin deyə fəallar bu məsələni üstüörtülü saxladılar, ama bu dəfə onların öz əli ilə ifşa olundu.

 

Mən sözdə millətçi adlanan bu şəxslərin insanlıqdan kənar hərəkətlərini qınayır, vətən uğrunda sədaqətlə çalışan fəallardan xahiş edirəm ki, bu çətənin önündə dayanıb, nifaqın kökünü qazsınlar”- deyə bəyanatda bildirilir.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN