Daha bir hamilə qadın Həmədanın “Bu Əli” xəstəxanasında dünyasını dəyişib

Daha bir hamilə qadın Həmədanın “Bu Əli” xəstəxanasında dünyasını dəyişib

GünAz TV: Daha bir hamilə qadın Azərbaycanın Həmədan şəhərinin “Bu Əli” xəstəxanasında həkim səhlənkarlığı nəticəsində dünyasını dəyişib.

 

Bu, son bir il ərzində sözügedən xəstəxanada ölən 2-ci hamilə anadır.

 

Xəstəxananın baş həkimi Rəşid Heydərimüqəddəm məsələ ilə bağlı bildirib ki, təbbi doğuş edən 33 yaşlı qadında qanaxma yaranıb və o, özündən gedib.

 

“Həkimlərin bütün cəhdlərinə baxmayaraq, xəstənin qanaxmasının qarşısını almaq mümkün olmayıb və o ölüb”,- deyə baş həkim iddia edib.

 

Rəşid Heydərimüqəddəm məsələ ilə bağlı araşdırmaların başladığını və nəticələrin bir neçə günə elan ediləcəyini deyib.

 

O, məhkəmə patoloji anatomiya korpusu rəy verməmiş həkim səhlənkarlığının 33 yaşlı ananın ölümünə səbəb olmasını istisna edib.

 

2018-ci ilin dekabr ayında Həmədan Mərkəzi Kitabxanasının rəhbəri Mənsurə Hüseynişüar da eyni xəstəxanada qeysəriyyə əməliyyatıyla həyata keçirilən doğuş zamanı ölmüşdü.

 

Ə.A


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN